75 YAŞLI VETERAN…

Ağsu Rayon İcra Hakimiyyətinin Başçısı, cənab Vahid Tağıyev

Azərbaycan Respublikası  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Ağsu Rayon Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatı

Ağsu rayonunun  tanınmış ağsaqqllarından olan, Qarabağ müharibəsi və əmək veteranı, keçmiş polis kapitanı Nuriyev Nurulla Qüddəsər oğlunu 75 yaşı münasibəti ilə təbrik edib.

Sozcu.az saytı da, dəyərli ağsaqqalalrımızdan olan Nurulla Müəllimi təbrik edərək, Nurulla Nuriyev haqqında qısa bir tanışlığı oxucularına təqdim edir:

75 yaşlı istefada olan polis kapitanı, Qarabağ müharibəsi və əmək veteranı Nuriyev Nurulla Qüddəsər oğlu 01 noyabr 1944-cü ildə Ağsu rayonunun Növcü kəndində anadan olub. 1951-ci ildə Ağsu  qəsəbə orta məktəbinin 1-ci sinifinə daxil olmuş və həmin məktəbi 1961-ci ildə bitirmişdir. 1963-1966-cı illərdə Rusiya Federasiyasının Moskva vilayətinin Serpuxov şəhərində hərbi xidmətdə olmuşdur. Kiçik serjant heyətinin ən yüksək hərbi rütbə olan, starşina rütbəsi ilə hərbidən təxris edilmişdir. 1967-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Metropoliteinin mühafizə polis şöbəsində işə qəbul edilmiş, əvvəlcə polis nəfəri, sonralar isə bölmə komandiri vəzifəsində xidmət etmişdir.  Sonralar iş yerini Rusiya Federasiyasının Smolensk şəhərinə dəyişərək, Smolensk vilayətinin Daxili işlər idarəsinin polis orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. 1973-ci ildə keçmiş SSRİ-nin Daxili işlər nazirlyinin Moskva şəhərində yerləşən xüsusi polis məktəbini bitirmişdir. Bir müddət Smolensk şəhərində polis orqanlarında müxtəlif vəzifələrdə xidmət etdikdən sonra  yenidən iş yerini dəyişərək,  1981-ci ildə doğma vətəni olan Azərbaycana gəlmişdir. Şamaxı rayon polis şöbəsində baş inspektor vəzifəsində xidmət etmişdir.Nurulla Nuriyev,  Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Nurulla Nuriyev xidməti iş stajı ilə təqaüdə çıxmışdır.

Xidmət etdiyi müddətdə dəfələrlə xidmət etdiyi polis orqanlarının, keçmiş rayon, şəhər partiya komitələrinin və şəhər, rayon xalq deputatları sovetinin İcariyyə Komitəsinin fəxri fərmanlarına və pul mükafatlarına layiq görülmüşdür.  Polis orqanlarında qüsursuz xidmət etdiyinə görə 3-cü, 2-ci, 1-ci dərəcəli, Azərbaycan Polisinin 50 illiyi, 100 illiyi medalları, əmək veteranı medalı ilə təltif edilmişdir. Nurulla Nuriyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Qarabağ müharibəsi veteranları üçün təsis etdiyi aylıq təqaüdün təqaüdçüsüdür. Nurulla Nuruyev Ağsu rayon ictimayyəti arasında böyük nüfuz sahibi olan el ağsaqqalıdır.

Təqaüdə çıxdıqdan sonra əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ağsu rayon kinovideo idarəsində müdir, Azərbaycan Respublikası Ekelogiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı regional idarəsində inspektor, Ağsu bələdiyyəsində və Ağsu rayon Mənzil istismar idarəsində hüquqşünas vəzifələrində işləmişdir.  75 yaşı olmasına baxmayaraq, Ağsu rayonunun ictimai işlərində fəal iştirak edir.  Nurulla Nuruyev, Ağsu rayon ilk polis veteranlar şurasının sədri, Ağsu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəyasət heyyətinin üzvü və təşkilatın hərbi vətənpərvərlik və mənəvi tərbiyə işləri üzrə daimi komisiyasının sədridir.

Nurulla Nuruyev gənclərin hərbi vətənpərvərlik tərbiiyəsində fəal iştirakına görə, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr veteranları təşkilatının, Ağsu rayon veteranları təşkilatının fəxri fərmanlarına layiq görülmüşdür.  Veteran hərəkatında fəal iştirakına görə,Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi General Cəmşid Naxçıvanski yubley medalı ilə təltif edilmişdir.

Ailəlidir, 3 qız atasıdır.  Qızları Azərbaycan Dövlət Pedaqoji Univeristitetini bitirmişlər. Qızı Aytən tarix, qızı Aynur Azərbaycan dili və ədəbiyyat, qızı Xansənəm riyaziyyat müəlliməsi olaraq, tam orta məktəblərində dərs deyirlər. Hər üçü ailəlidir.

Nurulla Nuriyevi 75 yaşı münasibəti ilə səmimi səmimi qəlbdən təbrik edirik. Ona dünyanın ən gözəl neməti olan cansağlığı və Azərbaycanın çiçəklənməsi naminə göstərdiyi fəaliyyətində yeni uğurlar arzu edirik.

Sozcu.az 

Facebook Comments