Cinsi əlaqəyə alternativ tapıldı – Yeni araşdırma

Avstraliyada aparılan yeni araşdırma bir çox insanın cinsi əlaqəni səyahətlə əvəz etməyə hazır olduğunu aşkara çıxarıb.

Sözcü.az xəbər verir ki, bu barədə News.com.au saytı məlumat yayıb.

Mütəxəssislər sorğu iştirakçılarına “Hansı məşğuliyyət sizə həyatda daha böyük zövq verir?” sualı ilə müraciət ediblər. Məlum olub ki, respondentlərin yarıdan çoxu (57 faiz) səyahət etməyi üstün tutur.

Respondentlərin 25 faizi seksin onlar üçün ən xoş olduğunu, 7 faiz fiziki məşq etməyi, digər 6 faizi əyləncə gecələrini sevdiyini etiraf edib.

Bundan əlavə, qadınların cinsi əlaqəni səyahətlə əvəz etməyə daha həvəsli olduqları ortaya çıxıb. Qadınlar arasında bu göstərici 69, kişilər arasında isə 45 faiz təşkil edib.

Bu, bir çox insanın intim həyat əvəzinə gəzintiyə üstünlük verdiyini göstərən ilk araşdırma deyil. 2018-ci ilin oktyabr ayında “Contiki” turistik kompaniyası 18-35 yaş arasında insanların əksəriyyətinin cins əlaqədən çox səyahətə üstünlük verdiyini müəyyən etmişdi.\Teleqraf.com\