“500 minə yaxın vətəndaşa kompensasiya ödənilib”

“Ümumilikdə fərmana əsasən 602347 nəfərə kompensasiya ödənilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AzTV-nin “Günün nəbzi” verilişində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

O qeyd edib ki, aprelin 22-dən ödənişlərə başlanılıb. 15 gün ərzində 432 677 nəfərin ödənişi həyata keçirilib.