40 gün ac-susuz qalan rusiyalı bloger öldü

Rusiyalı bloger Vitali Vıqranovski 40 gün ac-susuz qaldıqdan sonra ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat ayyıb.

Vıqranovski Yutub kanalında bəyan etmişdi ki, 40 gün ac-susuz qalmağı planlaşdırır. Mart ayında Moskvada təcrübəsinə başlamışdı. 10-cu gün vəziyyəti ağırlaşan bloger şəhərin atmosferinin ona pis təsir etdiyini əsas gətirərək Abxaziyaya köçmüşdü.

Təcrübənin 20-ci günündə bloger bildirmişdi ki, artıq özünü tam təmizlənmiş hiss edir və fiziki gücü qalmayıb. Buna baxmayaraq, o, təcrübəsini davam etdirib və 35-ci gün özünü ölümə yaxın hiss etdiyini deyib.

Facebook Comments