“4 dəfə mitinqə qoyulan qadağa inqilabınızı haçana qədər ertələdi?” – İlqar Məmmədov

“8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir”.

Sozcu.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib:

“Üstümə mənəvi hücumlar təşkil edən “inqilabçı”ları anlamadım: İlham Əliyev mitinqə 4 dəfə icazə vermədisə inqilab etməyəcəksiniz? Deyirdim sizə: gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir. Yaxşı, “inqilab-inqilab” deyirdiniz: 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır. seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm”.