Bağdadın mərkəzində nümayişçi güllələndi

İraqın paytaxtı Bağdadın mərkəzində nümayişçi aldığı güllə yarasından ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli İnsan Hüquqları Ali Komissiyasındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, etirazçı revolverdən açılan atəş sonrası ölüb.

Xatırladaq ki, İraqda oktyabr ayının əvvəlindən bəri davam edən etiraz aksiyaları zamanı nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını və daha yaxşı yaşayış şəraiti tələb edirlər. KİV-də yayılan məlumatlara görə, etiraz aksiyalarını müşayiət edən toqquşmalar və iğtişaşlar nəticəsində 300-dən çox adam ölüb, təxminən, 15 min insan xəsarət alıb.

Facebook Comments