28 sentyabr mitinqiylə bağlı AND-ın bəyanatı

Milli Şuranın 28 sentyabra təyin edilən mitinqinə artıq saatlar qalmasına baxmayaraq Bakı şəhər İcra Hakimiyyəti cavab verməyib.

Sozcu.az Həmin bəyanatı olduğu kimi təqdim edir:

AND Hərəkatı belə qərarların qəbulunu Bakı Şəhər İH – nin iradəsindən kənar olduğunu anlayır. Bu cür qərarları şəxsən İlham Əliyevin özü qəbul edir.

AND Hərəkatı Azərbaycan hakimiyyətini vətəndaşların sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırır. Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarını konstitutsiyayla təmin olunan hüquqlardan məhrum edə bilməz.

AND Hərəkatı olaraq bəyan edirik ki, 28 sentyabr mitinqinə qadağa qoyulacağı halda AND Hərəkatı Avropa şəhərləri boyunca Azərbaycan səfirlikləri önündə etiraz aksiyalarına başlayacaq.

AND Hərəkatı Azərbaycan hakimiyyətini məsuliyyətli olmağa, ölkənin imicini düşünməyə, ölkə daxilində həll ediləcək problemləri beynəlxalq səviyyəyə çıxarmamağa, Milli Şuranın 28 sentyabr mitinqinin təhlükəsiz şəraitdə keçirilməsinə şərait yaratmağa çağırır.

Facebook Comments