İlqar Altaydan müxalifətə sərt sözlər: “Xomeyni dindar qaraguruhunu xatırladır…”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Imzalanan əfv sərəncamı həbsdə olan siyasi məhbusların hamısına şamil olunmasa da, bir hissəsi, o cümlədən AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhramanlı başda olmaqla bir neçə tanınmış simalara şamil olundu.

Sozcu.az xəbər verir ki, əfv sərəncamına münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay bildirib ki, barışmaz müxalifətin liderləri də bu qərara ürəklərində razı olub sevinsələr də siyasi prinsipləri baxımından, öz düşərgələrinə: “minnətdarlığa yox!” qərarı veriblər:

“Haqsız həbs edilən müstəntiq Rüfət Səfərovun valideyinləri, onun azad edilməsi qərarını verən dövlət başçısına minnətdarlıq bildiriblər. Və indi gebib həbsdən buraxılan 400 məhkumun ailəsi və ya xalq içinə çıxıb vətəndaşlardan bu barədə soruşsan, insanların 99 faizi belə qərarı verənə öz sagolunu bildirəcək xoşməramlı addım kimi.

Aydın hiss olunur, barışmaz müxalifətin liderləri də bu qərara ürəklərində razı olub sevinsələr də siyasi prinsipləri baxımından, öz düşərgələrinə: “minnətdarlığa yox!” qərarı veriblər.. Olsun, mən buna qarşı deyiləm və iqtidarın yerinə iddialı bir barışmaz müxalifətin iqtidar getməyincə, nə də etsə, minnətdar olmamasını mümkün sayıram..

Ancaq, o liderlərdən xahiş edərdim ki, bu forma siyasət və “olmaz!” qadağasının öz düşərgələri çərçivəsindən çıxmaqla cəmiyyətə, xalqa təsbit edilməsi cəhdlərinə nəzarət edib qabaqlasınlar. Əfv qərarından bəri azad olunanların hökumətə sagol deyən yaxınlarına, hətta, müstəqil ictimai insanlara, liberal siyasilərə mənəvi basqılar var.

Oxuyun, həbsdən azad olmuş, Rüfət Səfərovun yaşlı valideyinlərinin müraciətini.. Və başqa da narazılıqlar var. Sərt sözlər işlətmək istəmirəm, ayıbdır sadəcə, çox ayıb.. Yığışdırın, bu dəstəni öz düşərgə çərçivənizə. Demokratik hakimiyyət quruluşu, öncə, müxalifət sıralarından görsənir. Xomeyni dindar qaraguruhunu xatırladır, vallah!”