24 İyun birlik yürüşü və Vahid Mlli Güc ittifaqının qurulması ilə bağlı Hürrü Əliyev görüşlərə başladı

Bəyaz Hərəkat 2 həftədən artıq müddətdir ki sosial media üzərindən xəbər verdiyi 24 iyun Əbülfəz Elçibəyin doğum günü – Türklük günü münasibəti ilə Birlik Yürüşünün təşkili və keçirilməsi təşəbbüsü ilə əlaqədar bütün siyasi-ictimai təşkilatlara rəsmi müraciət məktubu ünvanlayıb.

Bu münasibətlə BH rəhbərliyi 24 iyun yürüyüşünün və Vahid Milli Güc İttifaqının (VMGİ) yaradılması ilə əlaqədar bir sıra aparıcı siyasi təşkilatlarla görüşlərə başlayıb.

İlk olaraq 06.06.2019 tarixində Milli Düşüncə Mərkəzinin (MDM) rəhbəri İsa bəy Qənbər ilə Bəyaz Hərəkatın sədri Hürrü bəy Əliyev arasında çox səmimi və müsbət görüş keçirilib və   önəmli mövzular müzakirə olunub.

Görüşdə təklif və təşəbbbüsləri nəzərdən keçirən İsa Qənbər , Bəyaz Hərəkatın bu birlik layihəsinə yüksək münasibət bəsləyərək təqdir etdi və Birlik Yürüşündə iştirak edəcəklərini bildirib.

Yürüyüş ilə yanaşı həmçinin VMGİ-nin qurulmasına dair ilkin razılıq da əldə olunub.

Bəyaz Hərkat təşkilat komitəsi

Facebook Comments