24 İL RÖVŞƏN CAVADOVSUZ – “OMON”SUZ

QARDAŞ QIRĞININDAN 24 İL KEÇİR
Bu gün -17 mart 1995-ci il “Bakının ortasında hamının “OMON” dediyi Xüsusi Təyinatlı Polis
Dəstəsinin (XTPD) “hökumət” qoşunlarının hücumu nəticəsində məhv edilməsi günüdür. Qarabağda
çiyin-çiyinə dayananları 17 martda üz-üzə qoyanlar XTPD komandiri Rövşən Cavadovun “ağ bayrağı”nı
belə qana boyatdılar . O çağdan igid Qarabağ döyüşçüsü Vətən torpağının DAŞINA dönüb . 24 ildir
(QARIN)DAŞIMIZ, ( VƏTƏN )DAŞIMIZ ÖLMƏZ RUHU İLƏ YURDUN KEŞİYİNDƏDİR.
Deyirlər, torpağın üzü soyuq olur , getdikcə yaralar qaysaqlanır, insan unudulur . Torpaq nə qədər
soyuq olsa da, yaralar nə qədər qaysaqlansa da, nə Vətən yaddan çıxır, nə nə Vətən Daşı. Nə Qarabağ
yaddan çıxır, nə də yad Qarabağdan. Oğullar da DAŞ olurlar. Kimi YAD DAŞ , kimi QARDAŞ gülləsindən.
Ayrılığının 24 yaşında da ruhunu şad edə bilmədik. Hələ də Şuşadan, Laçından. ..Qarabağdan
düşmən boylanır. .. Yatma, qardaş, döyüşkən ruhunla bizi yenə Qarabağa apar!
Ya Qarabağlı olaq, ya şəhid!

MƏĞRUR BƏDƏLSOY