“23 iyun seçkilərinin nəticələri Azərbaycanın gələcək inkişafına ciddi təsir göstərəcək” -Arif Hacılı

“İstanbul Bələdiyyə Başqanı seçkilərinin nəticələrinin ləğv olunması bütün dünyada əks-səda doğurdu”.

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hcılı Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbul seçkilərinin nəticələrinin ləğvi qərarına münasibət bildirərkən deyib:

“Təsadüfi deyil. Çünki, təyin edilən təkrar seçkilər yalnız bir şəhərin rəhbərini, hətta Türkiyə müxalifəti ilə iqtidarının mübarizəsinin qalibini deyil, Türkiyə Cümhuriyyətinin gələcək inkişafına iki fərqli baxışın, iki fərqli dünyagörüşün qalibini, 82 milyonluq bir xalqın strateji seçimini müəyyən edəcək.

Bu seçim 4 il sonra, Türkiyə Cümhurbaşqanının seçkilərimdə ola bilərdi. Amma, Ərdoğan nədənsə indiki zamanı seçdi…

23 iyun seçkilərinin nəticələri yalnız Türkiyə Cümhuriyyətinin deyil, region dövlətlərinin, xüsusilə Azərbaycanın gələcək inkişafına da ciddi təsir göstərəcək. Bu baxımdan qardaş ölkədə baş verənlərin cəmiyyətimizdə diqqətlə izlənməsi təbiidir. Biz Türkiyə xalqının öz iradəsini yeritmək üçün yetərli gücdə olacağına, bu tarixi sınaqdan da uğurla çıxacağına inanırıq.

Türkiyəmiz və Azərbaycanımız üçün xeyirli, uğurlu olsun”.