23 200 000 manat da belə getdi

Qapınızı döyən, sizi sayan oldumu?

“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” prezident fərmanı ilə nəzərdə tutulan əhalinin növbəti siyahıyaalınması dünən başa çatıb. 2019-cu ilin dövlət büdcəsindən bu məqsədlə 23,2 mln. manat vəsait ayrılıb. Bu o deməkdir ki, hər ailəyə orta hesabla 10 manat vəsait ayrılıb. Bu vəsaitlə siyahıçılar hər bir ailəyə baş çəkməli və siyahıyaalma vərəqəsində olan 6 sual, sorğu vərəqəsində olan alt suallar da daxil olmaqla, bütövlükdə 46 sualı sizinlə müsahibə əsasında cavablandırmalı idilər. Odur ki, sizdən soruşmaq istərdim ki, sizin qapını döyüb, sizi sayıb, sorğu-suala tutub, vərəqələri doldurublarmı?
Yoxsa, 23,2 mln. manat da bu adla silindimi?

Qubad İbadoğlu

Facebook Comments