“2024-dən sonra nə edəcəksiniz” sualına Putinin cavabı

Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin “2024-cü ildən sonra nə ilə məşğul olacaqsınız?” sualını cavablandırıb.

Sozcu.az xəbər verir ki, Rusiya lideri bu barədə danışmaq üçün hələlik tez olduğunu bildirib. Putin qarşıda onu 5 illik gərgin iş gözlədiyini açıqlayıb.

“Müasir dünyada hər hansı proqnoz vermək çətindir”, – Putin bildirib.