20 Yanvar şəhidi Fərizənin bacısı koronavirusdan vəfat etdi – Tibb bacısı imiş…

20 Yanvar şəhidlərindən İlham və Fərizə Allahverdiyevlər ailəsinin bir üzvü koronavirusun qurbanı olub.

Fərizənin bacısı Elza xanım ( iş yoldaşları ona Toma deyirdi) ötən gecə koronavirusdan vəfat edib.

65 yaşlı tibb bacısı, 2 saylı Əfəndiyev adına şəhər klinikasında koronaviruslu xəstələrlə çalışırdı.
Peşə borcunu yerinə yetirərkən virusa yoluxan qadının vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Elza Fərizənin böyük bacısı idi. O, son 3 ildə ard-arda ata və anasını da itirmişdi. (medicina.az)

Facebook Comments