20 MANAT 5 MANATA QALİB GƏLİB

Səxavət Tağlar

( Olmuş əhvalat)

….Kəndimizdə bir Şiraslan kişi yaşayırdı. Tikintidən oğurluq şifer alıb evinin üstünü vurdurmaq üçün gözətçi ilə sözləşir. Gecədən xeyli keçəndən sonra maşına əyləşib, iş başına yollanır… Evdən çıxanda çibindən 5 manat ayırıb ayrı qoyur və deyir:” Allahım, məni polisə-zada rast eləmə. Bu 5-liyi də Seyd Aydın ağaya ( Allah rəhmət eləsin!) nəzir deyirəm…”
..Şiferi alıb geri qayıdkən yolda polis sahə inspektoru onu saxlayıb soruşur:” Ağsaqqal, bu nə yüküdür, bu gecə vaxtı haradan gəlirsən?” O qeyri-ixtiyari olaraq deyir:” Ə, bu niyə belə oldu?” Sahə inspektoru soruşur ki, nə niyə belə olur. Şiraslan kişi cibindən 5 manatı çıxarıb deyir ki, mən seyidə nəzir demişdim ki, yükü qapıya gətirənə kimi heç kəsə rast gəlməyim…Polis inspektoru gülür və kişiyə deyir:” A kişi, sən nə danışırsan, yuxuma haram qatıb bu çöllərdə gəzirəm, bax bu 20 manatı da mən Seyid Aydın ağaya nəzir demişəm ki, bu axşam mənə bir yaxşı “ov” yetir..Mənim 20 manatım sənin 5 manatına qalib gəlib”…