“2 AXH fəaliyyət göstərəcək. Biri KXCP qərərgahında, o biri də…” – Elşən Əlisoy

“Mən bunu 1-ci dəfədir ki, açılayıram. AXH ilk yarananda Ağsu rayonunda şöbə qurmaq üçün dəfələrlə mənə müraciət edildi”.

Bunu Sozcu.az saytının rəhbəri Elşən Əlisoy özünün feysbuk səhifəsində yazıb.

“AXH-də yenə maraqlı proseslər baş verir. Bu gün AXH-nin İdarə Heyyətinin 21 nəfər üzvündən 9 nəfəri iclas keçirərək, idarə heyyətinin bu gündən sonra keçiriləcək iclaslarının KXCP qərərgahında keçirilməsi haqqında qərar qəbul edib (?) Maraqlısı budur ki, Qarabağ Komitəsinin də parçalanmasında əsas faktor iclasların QAT-ın qərərgahından KXCP -nin qərərgahına köçürülməsi oldu. Bundan başqa da, 21 nəfərdən ibarət olan idarə heyyətinin 9 nəfərinin iclasında yetərsay da olmayıb. Məncə İsgəndər Həmidov mərhələ-mərhələ hərəkatdan kənarda saxlanılmağa çalışılır.

Mən bunu 1-ci dəfədir ki, açıqlayıram. AXH ilk yarananda Ağsu rayonunda şöbə qurmaq üçün dəfələrlə mənə müraciət edildi. Mən o hərəkatın rəhbərliyində mübarizəyə zərər verə biləcək kifayət qədər insanın olduğunu və hərəkat deyilən qurumun uzun zaman yol gedə bilməyəcəyini qeyd edərək, şöbə yaratmaqdan imtina etdim. Bununla bağlı hərəkatın rəhbərliyində təmsil olunan adamlar tərəfindən mənə 10-dan çox telefon zəngləri olub. Mən özüm bundan imtina etdim və haqlı olduğum sübut olunur.

AXH-nin də ilk qurulmasında Qarabag Komitəsində baş verən qurupbazlıqlar təkrarlandı. Siyasi təşkilatlar hərəkatda söz sahibi olmaq üçün bir-birlərinə qarşı gizli şəkildə təşkilatlanaraq, hərəkata yox, özlərinə bağlı şöbələr qurmağa başladılar. Hərə özünə bağlı olan adamları hərəkata yerləşdirməklə, keçən iclasda gördüyümüz biabırçı qarşıdurmanın əsasını qoydular.

Mənə elə gəlir ki, iki  hərəkat fəaliyyət göstərəcək. Biri, KXCP qərərgahında, o birisi də Gələcək Azərbaycan Partiyasının qərərgahında”.

Anar Rəsullu