“190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin ki?” – Nazirdən qalmaqallı AÇIQLAMA

Son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib.

Sozcu.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 190 manatlıq ödənişin əsas kriteriyaları o idi ki, işsiz şəxslər və gəlirini itirənlərə dəstək verilsin: “Lakin bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun”.

Nazir bildirib ki, son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib: “Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?”

Facebook Comments