19 rayondan 11-də səslər təkrar sayıldı, İmamoğlu AKP-ni ittiham etdi:”Proses 18-20 min səs fərqi ilə xeyrimə tamamlanacaq”

İstanbulun 19 rayonunda səslərin təkrar sayılması davam edərkən, CHP-li Əkrəm İmamoğlu daha bir iddialı açıqlama verib.

Sozcu.az xəbər verir ki, o, səslərin yenidən sayılması prosesinin davam etdiyini bildirib. Əlavə edib ki, buna baxmayaraq, seçkinin ilkin nəticəsi, yəni qələbəsi dəyişməyəcək: “Proses davam edir. 19 rayonun 11-də səslər sayıldı. Hazırda Binəli Yıldırımla aramızdakı səs fərqi 19 min 552 olmaqla, mənim xeyrimədir. Əminəm ki, 18-20 min fərqlə proses tamamlanacaq”.

İmamoğlu daha sonra AKP-nin təxribat xarakterli açıqlamalar verməkdə ittiham edib: “AKP rəsmilərinin jurnalistlər qarşısına çıxaraq etdiyi çıxışlar vahimə doğurur. Hətta iddia ediblər ki, 554 qutuda səslər sayılıb, guya aradakı fərq 11 min düşüb. Əslində, belə deyil. Onlar belə saxta rəqəmlərlə gərginlik yaradırlar”.(Strateq.az)