Prokuror Abbas Lisaniyə qarşı ittihamlarını elan edib

Azərbaycanlı fəalın işi məhkəməyə göndərilir

Sozcu.az xəbər verir ki,İranda tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin barəsində sonuncu dəfə olaraq ittihamlara baxılıb.

O martın 10-da Ərdəbilin Mərkəzi Zindanından şəhərin Prokurorluğuna aparılıb.

Azərbaycanlı fəal bundan əvvəl məhkəmə proseslərində olduğu kimi yenə də özünü müdafiə üçün türk dilində çıxış edib. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasını qanunsuz hesab edən fəal dindirmə zamanı suallara cavab verməkdən imtina edib.

Ərdəbil prokurorunun müavini Nonəhal fəalın ittihamlarla bağlı sözlərini dinləyib. Onun sözlərinə görə, bu son mərhələdir, və fəalın işi “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək və milli təhlükəsizliyə qarşı təhdid yaratmaq”, “Qanunsuz qrup yaratmaq” və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə məhkəməyə göndəriləcək.

Abbas Lisani yanvarın 15-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, Ərdəbilin Ettelaat İdarəsinə təhvil verilib.(Meydan tv)