15 yaşlı yeniyetməni maşın vurub öldürdü – Azərbaycanda

Balakəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes”markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı Sübhan Zahir oğlu Əfəndiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yeniyetmə Z.Əfəndiyev hadisə yerində keçinib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Facebook Comments