Kasım-Comart Tokayev prezident seçkilərində qələbə qazanıb

Qazaxıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib. Bildirib ki, prezident Kasım-Comart Tokayev seçkilərdə qələbə qazanıb. O, 70,76 faiz səs toplayıb.

Digər namizədlərdən Daniya Yespayeva 5,2 faiz, Amircan Kosanov 16,2 faiz səs yığıb.

K.C.Tokayev komandasına və etimad göstərdikləri üçün xalqa təşəkkür edib.

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri 9-da keçirilib.\APA\