Xameneidən Ruhaniyə ittiham: “İnanmıram…”

İranın Ali dini lideri Əli Xamenei İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi tənqid edib.

Xamenei hər iki siyasətçini nüvə razılaşmasını reallaşdıra bilməməkdə ittiham edib.

“Mən nüvə razılaşmasının reallaşdırılması üçün seçilən vasitəyə inanmıram. Dəfələrlə bunu aydın şəkildə prezident və xarici işlər nazirinə demişəm”, – deyə o bildirib.

Facebook Comments