105 dəqiqəlik derbi bitdi: 2 qol, 1 qırmızı kart…

Türkiyə Super Liqasının 28-ci turunda “Fənərbaxça” və “Qalatasaray” derbisi baş tutub.

Sozcu.az xəbər verir ki, gərgin keçən matç 1-1 hesabı ilə başa çatıb.

Oyunun 45-ci dəqiqəsində qırmızı vərəqə alan Həsən Əli Kaldırım “Fənərbaxça”nı azlıqda qoyub.

“Qalatasaray” 66-cı dəqiqədə Onyekurunun qolu ilə hesabı açıb. 5 dəqiqə sonra Əlif Almas hesabı bərabərləşdirib. Əlavə vaxtlarla birlikdə 105 dəqiqədən çox oynanılan derbi 1-1 yekunlaşıb.

Bu nəticədən sonra “Qalatasaray” lider “Başakşəhər”lə arasındakı xal fərqini 3-ə endirmək şansını əldən verib.(Axar.az)