10 milyonluq xalqı aşağılayan “Məddahlıq İnstitutu”

Abdulla İsmayıloğlu

Lüdviq Van Betxovenə mesenatlıq, himayədarlıq edən, Avstriya knyazlarından olan Karl Lixnovski dəbdəbəli məclislərin birində bəstəkardan musiqi alətlərində ifa edərək məclis əhlini feyziyab etməsini əmr edir. Betxoven isə ona : “Knyazlar daim olub, olacaqlarda. Amma ikinci Betxoven olmayacaq”! – deyə, etiraz edib məclisi tərk edir.

Çox təəssüflər olsun ki, musiqi dahisinin bu şərəfli hərəkətini tarixçilər özləri üçün nümunə götürmədilər. Onlar məddahlığı, təhrifçiliyi, yaltaqlığı özləri üçün örnək götürərək saray tarixçisi olmağı daha “şərəfli” bildilər. Elə bizim “tarixçi”lər də müasir “lixanovski”lərə özlərini sırıyaraq savadları, bacarıqları, cəsarətli, dürüst yaradıcılıqları ilə nail ola bilmədikləri elmi rütbələr və layiq olmadıqları “AMEA” və universitetlərdə yüksək kreslolarda “əyləşdilər”. Nə isə…

Sevindiri hal odur ki, az da olsa, şərəfini qoruyan, vicdanlı tarixçi və müstəqil araşdırmaçılar var. Həmin insanlardan biri də bu vaxta kimi nə dövlət, nə xarici qurumlardan maddi yardım almadan asketist, alturist, millətpərvər ruhlu, müstəqil repressiya araşdırmaçısı, hörmət etdiyim tək-tük cəbhəçilərdən olan Sərxan Carçıdır. O, 31 Yanvarda I Respublikanın banisi olan Məmməd Əmin Rəsulzadənin 135 illik doğum günündə əvvəlcə Bakı Dövlət Universitetində, sonra isə “İstiqlaliyyət” prospektində Azərbaycan Cumhuriyyətinin xatirəsinə ucaldılmış abidə qarşısında video çəkilişlə siyasi xadimi yad etdi. Ən diqqət çəkən məqam odur ki, abidənin alt yazısında I Respublikanın qurulmasında ikinci dərəcəli rolu olan şəxsiyyətlərin adları qeyd edildiyi halda, onun yaranmasında əsas pay sahibi olan M.Ə.Rəsulzadənin adının olmamasıdır. Soyuq havanın olmasına baxmayaraq Sərxan bəyin mərhum siyasi xadimi yad etməsi, tarixi şəxsiyyətimizə qarşı hörmətsizliyi, laqeydsizliyi ictimailəşdirərək xalqı maarifləndirməsinə görə dərin minnətdarlığımı bildirirəm. Çoxları kimi mən də bilmirdim ki, abidədə cumhuriyət banisinin adı qeyd edilməyib.

Siyasi xadimə qarşı bu cür aşağılandırıcı münasibət göstərən aidiyyatı qurumlar, yalnız tariximizi təhqir etməmiş, həm də ölkə başçısının müvafiq göstərişlərinə açıq-aşkar saymamazlıqdır. Çünki Prezident həm sərəncamlarında, həm də çıxışlarında dəfələrlə M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçiliyi, xalqı qarşısında danılmaz xidmətlərinin olduğunu, onun irsinin öyrənilməsini, daim hörmət-ehtiramla yad edilməsini vurğulayıb. Ona görə də mərhum siyasi xadimin Novxanıda dünyaya gəldiyi evin qarşısında qoyulmuş barelyefin yararsız hala çevrilməsi, əvəzinə gülünc, utanc verici yazı ilə “yeni” barelyefin qoyuluşu eləcə də 2007-ci ildə “İstiqlaliyyət” prospektində ucaldılan abidənin alt yazısında siyasi xadimin bu günə kimi adının qeyd edilməməsi birbaşa ölkə başçısının göstərişlərini ələ salmaqdır.

Bu rəzalətin baş verməsində məmurlardan qabaq əsas günahkar şəxslər var. Görəsən 12 ildən çoxdur inşa edilən abidədə adın qeyd edilməməsi və “yeni” barelyefdəki yazıya “tarixçi”lər sosial medialar vasitəsilə nədənsə etirazlar bildirməyərək ağızlarına su alıb oturdular?!…

Bir halda ki, Midiya, Atropatena, Səfəvi bizim yox, farsların dövlətidir, Babək zındığ, murdar, Şah İsmayılı öz millətinin qanına susamış məzhəbçi, Mir Cəfər Bağırovu satqın, cəllad adlandıranlara adekvat cavablar verə bilməyən, Zərdüşd peyğəmbəri, Atropatı, Səfəvi hökmdarlarını, qacarları, hətta çağdaş tarixi şəxsiyyətlərimiz olan Səməd bəy Mehmandarovu, Həzi Aslanovu, Mübariz İbrahimovu özününküləşdirən separatçı fahişələrin qarşısında aciz olan “Tarix İnstitut”unda oturanlar mütləqdir ki, M.Ə.Rəsulzadəyə qarşı olan hörmətsizliyə də “tolerant” münasibət göstərəcək.

Çünki 10 milyonluq əhalisi olan Azərbaycanın “Tarix İnstitutu” yox, analoqu olmayan “Məddahlıq İnstitutu” var. Həmin “institut”da başda Yaqub Mahmudov olmaqla yer alanlar (iki-üç istisnalar xaric) “tarixçi”lər yox, gözəl təhriflərlə uluyan saray qulamlarıdır.

Bu məqamda vaxtı ilə müəllimim olmuş, tarixçi-alim, “Qızıl qələm” mükafatı laureatı, 30-dan çox sanballı tarixi, elmi, publisistik oçerk və bədii əsərlər ( o cümlədən “Şirvanşah III Mənüçöhr”, “Xozeyin: Mir Cəfər Bağırovun tarixi ölçüsündə”, “Daşnaksütün və Azərbaycanın taleyi” ) yazmış və yazmaqda olan Nizami Kazımoğlunun ( Məhərrəmov ) “Stalin-Hitler : bolşevizm və faşizm” kitabının II cildinin 393-cü səhifəsindəki ifadəsini vurğulamaq yerinə düşər:

“Tarix o tarix deyil ki, onu hökumət başçısı qarşısında yaltaqlar diktə ilə yazır, bununla da xalqını alçaldır. Tarixi yazan elə tarixin özüdür”!

Kimlərsə məni cumhuriyətçi, demokratiya düşkünü, Rəsulzadə fanatı kimi qələmə verə bilər. Amma qətiyyən elə biri deyiləm!

Həqiqətə qalsa, Babəki, Şah İsmayıl Xətaini, Şah Abbası, Nadir Şah Əfşarı, Ağa Məhəmməd Şah Qacarı, Mir Cəfər Bağırovu I Respublikanın banisindən daha çox sevir, onlara dil uzadan murdarlara qarşı son dərəcə dözülməz münasibət bəsləyirəm. Sadaladığım nəhəng şəxsiyyətlərimizi nə qədər gözdən salmağa çalışan qüvvələr, anti-milli ünsürlər, cahillər olsa da, bir o qədər də onları müstəqil şəkildə araşdıraraq xalqını sevən, onun rifahını yüksəklərə qaldıran liderlər kimi qəbul edib, xalqa təbliğ edən insanlarımız da var.

Bir haşiyə çıxaraq demək istəyirəm ki, 70 ildən çox Hitleri alman xalqına cani, mizantrop, sodomazaxist, iblis kimi təbliğ edilməsinə baxmayaraq 2016-cı ildə fürerin uzun illərdir qadağan olunan məşhur “Mənim Mübarizəm” kitabının nəşrinə yenidən icazə verildi. Son 3 ildə həmin kitab nəşrinə, satılmasına görə Almaniyada ikinci yerdədir.

Torpağını, xalqını sevən, öz tarixinə, mədəniyyətinə vurğun olan hər bir alman, I əsrin 9-cu ilində pərakəndə halda olan alman tayfalarını öz komandanlığı altında birləşdirərək həmin dövrün ən güclü imperiyası olan Romanın 3 legionunu az saylı hərbi qüvvəsi ilə “Tevtoburq”meşəsində darmadağın edərək əsarətə son qoyan sərkərdə Arminiylə, knyazlıqlara, hersoqluqlara parçalanmış alman torpaqlarını vahid dövlət şəklində birləşdirərək milli düşmənləri olan fransızları rüsvayçı məğlubiyyətə uğradaraq həm II İmperiyanı süquta yetirən, həm də III Napaleonu qarşısında diz çökdürən Otto fon Bismarkla necə fəxr edirsə, Adolf Hitlerlə də elə fəxr edir! Zaman gələcək bütün almanlar içlərində olan sevgini qorxmadan, çəkinmədən, dilə gətirəcək, fürerə heykəllər ucaldılacaq, adına şəhərlər, qəsəbələr salınacaq, şəkilləri kilsə ikonaları kimi müqəddəs hesab olunacaq və xalqın qürur mənbəyinə çevrilərək!
Gec də olsa, o taylı bu taylı bütöv Azərbaycan amalı uğrunda mücadilə aparmış, I Respublikanın banisi, ictimai-siyasi xadim, yazıçı-publisist, jurnalist Məmməd Əmin Rəsulzadəni aşağıdakı ifadəmlə yad edirəm:

“Ey şəxsi həyatı faciəli, milli-azadlıq harayı şanlı, sən xalqın üçün canını, qanını əsirgəmədin, hətta bu yolda ailəni də qurban verdin. Son nəfəsində də Azərbaycan dedin. Amma nə yazıq ki, sələflərin Atabəy Şəmsəddin Eldəniz, Şah İsmayl Xətai, Nadir Şah Əfşar, Əmir Teymur, Sultan Məhmət Fateh, Oliver Kromvel, Napaleon Bonopart, Otto fon Bismark, müasirlərin Yozef Pilsudski, Adolf Hitler, Karl Qustav Manerqeym, Mao Tszedun, Müəmmar Qəddafi kimi milli mədəniyyəti, xalqının rifahı uğrunda həm düşmənlərinə, həm də dünyaya meydan oxuyan nəhəng liderlərdən ola bilmədin. Amma ideoloq kimi ölməzliyə çevrildin. Nə yazıq ki, sənin miras qoyduğun ideologiyanı avantüristlər, alverçilər, şərəfsizlər, fahişələr əlində bayraq etdilər”…

Sonda yazıma illərdir müşahidəm, mütaliyəm nəticəsində möhkəmlənərək qərara gəldiyim fikrimlə yekun vururam:

“Tarixçilər hər zaman hökmdarların, siyasətçilərin, bürokratların, oliqarxların hərəmxanalarında ayrıca yer alan kübar geyimli, əllərində kağız-qələm tutaraq xozeynlərinin cinsəl ehtiyacdan sonrakı istək, arzu, əmrlərini qələmə alan qulamlarıdır.

Odur ki, dünyaya gəlib-getmiş, elə hal-hazırda da olan tarixçilərin 99,9 % siyasi fahişələrdir!”

Sozcu.az