1 milyonluq saatı oğurlanan gənc Saleh Məmmədovun oğludur

“Daily Mail” qəzetinin yazdığına görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb.

Qəzetin yazdığına görə gənc turistin qarşısını kəsən quldur onu döyərək, qolundakı dəyəri 1 milyon funt-sterlinq olan “Mille 50-03 McLaren F1” markalı saatını əlindən alıb.

Ölkə ictimaiyyətində, eləcə də sosial şəbəkələrdə 1 milyon funtluq saat taxan azərbaycanlı gəncin kimliyi ciddi müzakirə mövzusuna çevrilib.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində 1 milyon funtluq saatı oğurlanan gənci məmur oğlu olduğunu yazıb: “Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il təvəllüdlü oğlu Sübhan Məmmədlini deyirəm. 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir”.

qlobal.az