Əsrin müqaviləsi alınmayacaq – Mahmud Abbas

ABŞ-ın Fələstin üçün nəzərdə tutduğu “Əsrin müqaviləsi” onun Manamada təşkil etdiyi Fələstin forumu kimi uğursuzluğa düçar olacaq.

Bunu Fələstin lideri Mahmud Abbas deyib. O, İsrailin Oslo razılaşmasını pozacağı halda Fələstinin də buna əməl etməyəcəyini bildirib.

Qeyd edək ki, Oslo razılaşması 1993-cü ildə Fələstinlə İsrail arasında imzalanıb. Bu, Fələstinlə İsrail rəsmilərinin ilk üz-üzə apardığı danışıqlar oldu. Müqavilədən az sonra 1995-ci ildə İsrailin Baş naziri İshaq Rabbin öldürüldü.