“Ərinin yerində olsaydım, özümü körpüdən atardım”

Axşam.az türk mediasına istinadən xəbər verir ki, bu günlərdə yenidən İnstaqramda paylaşım edən Altuğ izləyicilərindən birinin sərt reaksiyası ilə üzləşib. “Pınar xanım, əriniz Bred Pittə bənzəyir, amma siz makiyaj edəndə onun yanında qorxu filmlərindən qaçmış obraza oxşayırsız. Mən ərinizin yerində olsam özümü körpüdən atardım” deyə, izləyici rəy bildirib.

Aktrisa isə cavab olaraq “Yaxşı ki, onun yerində deyilsiniz. Ona görə də, üzülmənizə ehtiyac yoxdur” deməklə kifayətlənib.

Sozcu.az