Ərdoğanla Davudoğlunun danışığı yayıldı: Ağır suçlamalar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçmiş baş nazir Əhməd Davudoğlu arasında mübahisə yaşanıb.

Sozcu.az xəbər verir ki, bu iddianı “Türktime” saytı yayıb. Sayt tərəflər arasında mübahisənin telefon danışığı zamanı baş tutduğunu qeyd edib.

Bayramda Ərdoğana zəng edən Davudoğlunun zənginə prezident əvvəlcə cavab verməyib. Davudoğlunun israrlı zənglərindən sonra telefona cavab verən Ərdoğan Əhməd Davudoğlunun bayramını təbrik etdikdən dərhal sonra ondan sərt şəkildə “sən niyə İstanbulda deyilsən?” soruşub.

Davudoğlunun ona “Binəli bəy üçün gələcəmmi?” cavabını verməsindən əsəbiləşən Ərdoğan “Sən Binəli bəy üçün yox, AKP üçün çalışmış olacaqsan. Bəs aramızda dostluq vardı” sözlərini deyib. Buna cavab olaraq Davudoğlu “Məni jurnalistlərin hücumlarına qarşı qorumadınız. Cənab Prezident, Suriya daxil olmaqla, hər şeyi üzərimdə qaldı” söyləyib.

Ərdoğan isə yenidən Davudoğluna hiddətlənərək “Jurnalistlərə-filan fikir vermə. Bunlar bəhanədir. Sən haradasan, biz haradayıq?” deyib və bunun ardınca telefon danışığına son verib.

Qeyd edək ki, Ərdoğanla Davudoğlu arasında gərginlik ikincinin istefasından az sonra yaranmağa başlayıb. Bu gərginlik pik həddə Davudoğlunun yeni partiya yaratmaq istəməsindən sonra çatıb.\Axar.az\