Ərdoğana həbsxanada olarkən yazdığı məktub verildi – Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1999-cu ildə Pınarhisar həbsxanasında məktublaşdığı Burak Soylu ilə görüşüb.

Sozcu.az xəbər verir ki, seçki mitinqi ilə bağlı Elazığda səfərdə olan Ərdoğan hazırda vəkil olan 31 yaşlı Burak Soylu ilə hava limanında görüşüb. O zaman 11 yaşında olan və Elazığda yaşayan Burak Soylu Ərdoğanla görüşdə həbsxana illərində yazdığı məktubda hisslərindən bəhs edib və Ərdoğanın göndərdiyi məktubu özünə hədiyyə edib.