Ərdoğan İmamoğluna dəstək verən klub və azarkeşlərini təhdid etdi:”Hamısını qeydə alırıq…”

Prezident Ərdoğan “Fənərbaxça” azarkeşlərinin dünən “Akhisar”la oyunda dayanmadan Əkrəm İmamoğluna dəstək xarakteri daşıyan “Hər şey çox gözəl olacaq” şüarını səsləndirmələrinə etiraz edib.

Sozcu.az-ın məlumatına görə, bu gün İstanbulda iftar mərasiminə qatılan Ərdoğan deyib ki, həmin stadionları onlar, yəni AKP iqtidarı tikib: “Ya bu stadionları biz tikdik. Bunlar yanlış yoldadır. Amma biz düzəldəcəyik. Hamısını qeydə alırıq”.

Xatırladaq ki, bundan əvvəl “Qalatasaray”ın İdarə Heyətinin üzvü Hayri Kozak Əkrəm İmamoğluna dəstək verdiklərini açıq şəkildə bəyan edib.(Strateq.az)