“Əməkhaqlarının artırılması gündəlikdədir” – İlham Əliyev

“Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir”.
Sozcu.az xəbər verir ki, bunu prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı zamanı qəsəbə sakinləri ilə söhbətində deyib.

İlham Əliyev bildirib ki, hər gün ölkəmizdə – Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti.

“İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək”.