Əli Kərimlinin qayını, AXCP, Müsavat, NİDA üzvləri də azadlıqda –SİYAHI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün siyasi məhbusların da adının olduğu sərəncamla xeyli insanı əfv edib.

Sozcu.az bildirir ki, əfv edilənlər arasında sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı ilə Fuad Qəhrəmanlı, Əli Kərimlinin qaynı Elnur Seyidov, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Qiyas İbrahimov, Bayram Məmmədov, müsavatçı Əlikram Xurşidov, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilovun, həmçinin Rüfət Səfərovun, Fikrət Fərəməzoğlunun, Tofiq Həsənlinin də adları var.

Gözlənildiyinin əksinə olaraq jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlı əfvə düşməyib.(Strateq.az)