Əkrəm İmamoğlunun qələbəsi rəsmən qəbul edildi -FOTO

“Millət” İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının üzvü Əkrəm İmamoğlunun mandatı təsdiqlənib.

Belə ki, İmamoğlunun seçki qərəgahından verilən məlumata görə, o mandatını almaq üçün Ədliyyə Nazirliyinin yerli idarəsinə dəvət olunub. Açıqlamada qeyd olunur ki, səslərin sayılmasından sonra prtokollar tutuşdurularaq Ə.İmamoğluna bələdiyyə başqanı mandatının verilməsi qərara alınıb.

Hakim Ədalət və İnkişaf Partiyasının Maltəpədəki seçkilərinin nəticlərinin ləğv olunması ilə bağı iddiası isə Yüksək Seçki Kurulu tərəfindən rədd edilib.