Əgər S-400 almaq zərurəti yaransa… – Şamxani

İran xarici potensial hesabına özünün HHM sisteminin möhkəmləndirilməsi imkanlarını araşdırır, ancaq hələlik təhlükəsizliyimizə qarşı təhdidlərin görüntü xarakteri daşıdığını hesab edirik.

Sozcu.az xəbər verir ki, bu sözləri İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

“İran həmişə Rusiya ilə müdafiə və təhlükəsizlik sahəsində geniş əməkdaşlıq edib. Əgər İranın müdafiə sektoruna dair qiymətləndirmə S-400-lərə zərurət olduğunu göstərsə, biz mütləq S-300-lərdə olduğu kimi, rus dostlarımızla danışıqlar aparacaq və qərar qəbul edəcəyik”, – Şamxani bildirib.(Axar.az)