ƏƏSMN-nin Siyəzən rayon şöbəsində olan birokratiya insanları bezdirib

Siyəzən sakinləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin fəaliyyətindən narazılıq bildirdilər.

Sozcu.az-a daxıl olan məlumatda “Şəffaf İdarəçilik” İctimai Birliyinin şimal regional birosun rəhbəri,hüquq müdafiəçisi Amil Hüseynov bildirir ki: “Siyəzən rayonunda xeyli aztəminatli, gündəlik ehtiyaclarını belə ödəyə bilməyən ailələr varki, hal hazırda ünvanlı sosial yardım ala bilmirlər. Buna səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin Siyəzən rayon şöbəsindəki birokratiyasıdır. İnsanları məsələyə aidiyyatı olmayan sənədlər toplamağa vadar edirlər. Əsas bəhanə sonuncu iş yerindən arayış, hansı ki, idarə və müəssisəşərin çoxu dağılıb və onları izinə düşüb aylarla axtarmaq lazımdır. Bəlkə hansısa idarənin balansında olubsa o idarədən arayış alsınlar. Əksinə mağazası, şəxsi təssərrüfatı olan şəxslər ünvanlı sosial yardim alır. Öhtəsində 2 azyaslı usağı olan 180 manat əmək haqqı alıb, 100 manatını alimentə ödəyən Lalayev Hikmət Hacı oğluda sosial yardım ala bilmir. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqındaAzərbaycan Respublikasının qanunda qeyd edilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği
2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir

Qanunvericilikdə uşaqlar üçün yaşayış minimumu 160 manat qeyd olunsada heç birinə 1qəpik pul ala bilmir şikayətçi. Simal bölgəsində sakinləri tələb edirlər ki, ünvanlı sosial yardım və uşaqlar üçün yaşayış minumumu ehtiyacı olanlara verilsin.Bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin Siyəzən rayon şöbəsindəki korrupsiya hallarına nəzarət edən yoxdur. Siyəzən, Quba, Xaçmazda sikayət etmək üçün xalq mənim ünvanıma gəlir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin Siyəzən rayon şöbəsindəki işçılərin korrupsiyaya bulaşmış əllərinə çoxdan qandal vurulmalı idi. Qeyd edirəm ki, bu məsələlərdə xalqa Siyəzən rayon icra hakimiyyətinin müavinləri Akif Xidirov və Zəfər müəllim əllərindən gələn köməkliyi göstərirlər. Əhalıdə bu insanların xoş münasibətindən onların problemlərinə can yandırdıqlarına görə razılıq edirlər.”