“Əvvəl “Alaves”, sonra “Qarabağ”la oyuna köklənməliyik” – Lopetegi

“Avropa Liqası “Sevilya” üçün mühüm əhəmiyyət daşıyır. Komandamızın bu yarışdakı inanılmaz uğurlarından çoxunun xəbəri var”.

Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sevilya”nın baş məşqçisi Xuan Lopetegi Estadio Deportivo” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, komandası həm daxili, həm də Avropa kubokunda hədəflərinə çatmaq üçün addım-addım irəliləməlidir: “İndi biz “Alaves”, daha sonra isə “Qarabağ”la matça köklənməliyik. Biz “Sevilya”nın yaxın tarixdə Avroliqadakı uğurlarını unutmamışıq”.

Xatırladaq ki, UEFA kuboku / Avropa Liqasının rekord sayda qalibi olan (5 dəfə) “Sevilya” ilə “Qarabağ” a arasında Avropa Liqasının qrup mərhələsinin ilk turunun görüşü sentyabrın 19-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.(Qol.az)