Ərdoğanla İmamoğlu arasında maraqlı dialoq: Stulu qırdın…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu arasında maraqlı dialoq yaşanıb.

Sözcü.az xəbər verir ki, bələdiyyə başqanlarının iştirakı ilə keçirilən toplantıda İmamoğlunun oturduğu stul qırılıb. Buna reaksiya verən Ərdoğan İmamoğluna “Bax, bu israfdır, oturduğun stulu qırdın” deyib.

İmamoğlu isə öz növbəsində Ərdoğana “İkincisində möhkəm oturaram, əfəndim” söyləyib. Bundan sonra zalda qəhqəhə qopub.\Axar.az\