Əhməd Davudoğlunun AKP-də 17 illik karyerası –Xarici siyasət müşaviri, xarici işlər naziri və nəhayət, baş nazirə dair 7 ƏSAS MƏQAM– TƏHLİL

Raqib Soylu

“Middle East Eye”

Avqustun 3-də Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) liderləri Əhməd Davudoğlunun sıralarından qovulmasına dair səs verərək, onun bu partiyadakı 17 illik (xarici siyasət müşaviri, xarici işlər naziri və nəhayət, baş nazir) karyerasını sona çatdırıb.

Davudoğlunun türk siyasətindəki dövrü ölkədə və bölgədə kəskin dəyişikliklər zamanına təsadüf edib. Bu da 7 diqqətəlayiq məqam:

Noyabr, 2002-ci il

Xarici əlaqələr mövzusunda akademik biliyə görə hökumət dairələrində “Xoca” olaraq tanınan Davudoğlu siyasi karyerasına baş nazir Abdullah Gülün kabinəsində xarici siyasət müşaviri və səfir olaraq başlayır.

Bu rolda 7 illik müddətində Davudoğlu Türkiyənin xarici siyasətinə geniş təsiri nəticəsində çox vaxt “kölgə xarici işlər naziri” adlandırılıb. Onun əsas siyasəti “qonşularla sıfır problem” strategiyasıdır: Türkiyə ilə Ərəb dünyası və onun hüdudlarından kənarda normal münasibətlərin yaradılması.

1 may 2009-cu il

Davudoğlu, nəhayət, o dövrün baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyənin xarici işlər naziri təyin olunub və Türkiyə xarici siyasətinin rəsmi siması olaraq ortaya çıxıb.

“Strateji Dərinlik” adlı kitabına görə akademik kimi tanınan Davudoğlu Ankaranın İraq, Suriya, Livan, İordaniya, Azərbaycan və Albaniya kimi qonşuları ilə vizasız gediş-gəlişi təmin edərək Türkiyənin regional perspektivini sürətlə dəyişdirib.

Bu ölkələr və digərləri ilə ikitərəfli ticarət də əhəmiyyətli dərəcədə artıb və Türkiyədə turizmin inkişafına kömək edib. Osmanlını xarabalıqlarını bərpa etmək və Türkiyənin ucqarlarında xarici yardımları artırmaqda olan Davudoğlu Türkiyənin regional hökumətlərlə münasibətlərini sabitləşdirmək üçün yumşaq gücdən istifadə etməyə çalışıb.

Lakin “Ərəb Baharı” Yaxın Şərqdə onun “qonşularla sıfır problem” siyasətinə ağır zərbə vurub. Əvvəlcə Türkiyəni Misir, Liviya, Tunis və Suriya kimi dövlətlər üçün nümunə bir ölkə olaraq təqdim edən siyasət uğurlu olub. Ancaq bir neçə il sonra hərbi çevrilişlərə qarşı çıxmaq və sonrakı siyasi inqilablar bu ölkələrin əksəriyyətində Türkiyənin nüfuzunu sarsıdıb və Türkiyəni “qiymətli təklik” adlandırılan yerə yönəldib. Xüsusilə Suriyada Davudoğlunun müxalifəti dəstəkləmə mövqeyi, onu “neo-Osmanlı” və avantürist xarici siyasət yürütməkdə günahlandıran Türk müxalifətinin kəskin tənqidlərinə səbəb olub.

29 avqust 2014-cü il

Ərdoğan Türkiyənin yeni prezidenti olandan sonra Davudoğlunu varisi seçir. Bu hərəkət keçmiş prezident Abdullah Gülün növbəti baş nazir kimi partiyaya qayıtmasına mane olur.

Davudoğlu və Gül zamanla küsüşürlər.

2015-ci ilin yayında müvəqqəti hökumətə rəhbərlik edərkən, heç bir partiya İyun seçkilərində yetərli səs almır, habelə Şanlıurfa şəhərində iki polis məmurunun öldürməsi ilə Kürdüstan İşçi Partiyası (PKK) ilə döyüşlər başlayır.

1 noyabr 2015-ci il

Davudoğlu 49%, AKP üçün ən böyük səs payını qazanaraq seçkilərində qalib gəlib. O, minimum əmək haqqına əhəmiyyətli artım vəd etməsi, koalisiya hökuməti quracağı, iqtisadi qeyri-sabitlik qorxusunu ram edəcəyi vədi ilə partiyasına kömək edib.

Ancaq Davudoğlu Türkiyə hava məkanını dəfələrlə pozduğuna görə Suriya sərhədi yaxınlığında bir Rusiya döyüş təyyarəsinin vurulması ilə həftələr ərzində böyük xarici siyasət böhranıyla üzləşib.

Vaxt keçdikcə, Davudoğlunun Ərdoğanla münasibətləri bir çox məsələdə ciddi fikir ayrılıqları ilə pozulub: Ərdoğan Davudoğlunun Almaniya kansleri Angela Merkellə qaçqınlara dair imzaladığı müqavilə, keçmiş nazirlərin korrupsiya ittihamı ilə məsuliyyətə cəlb edilməsi planları və mənimsəməni alt-üst edə biləcək şəffaflıq qanununa qarşı çıxıb.

Seçki öncəsi müxalifət də gücləndib.

İkisi də hökumət təyinatlarında bir-birinə zidd olub, bu arada prezidentlik sistemini qurmağı planlaşdırıblar.

5 may 2016-cı il

Davudoğlunun əleyhdarları tərəfindən hazırlanmış, imzasız siyasi manifestin dərcindən 4 gün sonra “Bəstəboy Qutan (Pelikan)” adlandırılan Davudoğlu, baş nazir və partiyanın sədri vəzifəsindən istefa etdiyini elan edib.

Bir adam və ya Ərdoğanın kürəkəni Berat Albayraka yaxın şəxslərin hazırladığı manifestdə Davudoğlunun Qərblə “işbirliyi”, Ərdoğanın hakimiyyəti və statusunu hədəf alan siyasəti baş nazirin devrilməsinin zəruri olduğu iddia edilib.

Onun ortaya çıxmasından bir həftə əvvəl, AKP-nin Mərkəzi İcra Komitəsi, partiyadaxili çevriliş kimi geniş şərh edilən hərəkətlə, Davudoğlunu əsas səlahiyyətlərdən məhrum edib.

22 aprel 2019-cu il

Gözlənilməz bir hərəkətlə Davudoğlu, xarici siyasətdən tutmuş “kürd məsələsi”nə qədər hər şeyə dair fikirlərini söylədiyi və hakim partiyaların təcrübələrini hədəf aldığı bir manifesti dərc edib.

Davudoğlunun 2016-cı ildə zorla istefaya getməsindən bəri Ərdoğan və siyasəti getdikcə sarsılıb. 2017-ci ildə verilən bir müshibədə o, təklif olunan icra prezident sisteminin gətirdiyi köklü dəyişikliklərə qarşı çıxıb. Bununla birlikdə o və silahdaşları parlamentdəki yeni sistemin lehinə səs veriblər.

2018-ci ildə Davudoğlu siyasi alternativlər axtarıldıqdan sonra seçkilərdə prezidentliyə namizədi olaraq açıq şəkildə Ərdoğanı dəstəkləyib.

2 sentyabr 2019-cu il

Davudoğlunun Ərdoğanın onu baş nazirlikdən kənarlaşdırması və hökuməti kürd bələdiyyə başçılarını vəzifədən qanunsuz uzaqlaşdırmaqda günahlandırmasından sonra AKP-nin Mərkəzi İcra Komitəsi Davutoğlunu və 3 həmkarını intizam məsuliyyətinə cəlb və onların partiya sıralarından çıxarılmasını tələb edib.

Tərcümə: Strateq.az

Sozcu.az