Xəbər lenti

qripp.jpg
Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq "qrip” adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

 Sozcu.az-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova Azərtac-a deyib: "İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin baş ağrısı, halsızlıq, yüngül titrətmə və əzələ ağrısından şikayət etməsi xəstəliyin başlandığını göstərir. Hərarət adətən subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır. Xəstəliyin lap əvvəlindən burunda tutqunluq, boğaz ağrısı, səsin xırıltılı olması və quru öskürək müşahidə olunur. Zökəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir.

Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamcıqlar böyüyür, boğazda qızartı, az hallarda hallüsinasiya və meningeal sindrom müşahidə olunur”.

Onun verdiyi məlumata görə, xəstəliyə daha çox məktəbəqədər yaşda olan və ibtidai siniflərdə oxuyan uşaqlar yoluxur, onlara əksər hallarda kəskin respirator xəstəlik diaqnozu qoyulur. Hava-damcı yolu ilə yayılan viruslar burun, boğaz və qırtlağın selikli qişasına düşür, epitel hüceyrələrinə daxil olaraq çoxalmağa başlayır. Nəticədə selikli qişa zədələnir, hiperemiya və ödem inkişaf edir. Törədici qana keçsə də, virusemiya qısa müddətdə davam edir.

Kiçik yaşlı uşaqlarda qırtlaq sürətlə ödemləşir və onun mənfəzində selik toplanır, nəticədə paraqrip yalançı inaqla ağırlaşır. İnaq adətən gecə saatlarında başlayır, uşağın narahatlığı artır, tənəffüsü çətinləşir və səsi batır. Yetkin yaşlarda isə paraqrip pnevmoniya, angina, otit və ya sinusitlə ağırlaşa bitir, infeksiya fonunda xroniki xəstəliklər də kəskinləşir.

Xəstəliyin müalicəsi haqqında danışan həkim-infeksionist daha sonra deyib: "Paraqripin spesifik müalicəsi yoxdur, xəstələrə virus əleyhinə və immunomodulyator təyin olunur. Hərarətin 38,5 dərəcədən yüksəyə qalxdığı hallarda qızdırmasalıcılardan, öskürəklə ağırlaşma hallarında bəlğəmgətiricilərdən istifadə edilir. Zökəm əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu tökülür.

Tərlədici vasitələrdən ən çox moruq, ondan hazırlanan mürəbbə, cökə çiçəkləri, bəlğəmgətiricilərdən biyan və gülxətmi kökləri, dəvədabanı, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə adaçayı, çobanyastığı çiçəkləri, gülümbahar çiçəklərinin dəmləmələrindən istifadə edilməsi məsləhətdir. Orqanizmin müqavimətini artırmaq, vitaminə olan tələbatı ödəmək üçün ən yaxşı vasitələrdən itburnu meyvələrinin dəmləməsi və qara qarağat şirəsini qəbul etmək olar.

Ətrafdakıların yoluxmaması üçün ilk növbədə xəstəni təcrid etmək, istifadə etdiyi dəsmal, boşqab və stəkanı ayırmaq lazımdır.

Paraqripə tutulan xəstənin otağı hər gün nəm əski ilə silinməli, gündə bir neçə dəfə havası dəyişdirilməlidir. Paraqrip infeksiyasının alovlandığı vaxtlarda əhalinin çox sıx olduğu yerlərdən uzaq olmaq məsləhətdir”.

Bölmənin digər xəbərləri

21 Fevral 2018 “Alpinistlərin tapılmaması qeyri – peşəkarlıqdır”
19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
01 Fevral 2018 Sukanal idarəsinin keçmiş rəis müavini idarənin talançılığından yazdı -ŞİKAYƏT
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
29 Yanvar 2018 Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi
28 Yanvar 2018 Azərbaycanda dərman reseptləri belə yazılacaq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.