Xəbər lenti

goranboyyy.jpg
Göranboy rayon Elxan Süleymanov küçəsi ev 11 -də yaşayan Sadıqov Ayaz Rəşid oğlu Sozcu.az saytı vasitəsi ilə dövlət başçısı İlham Əliyevə şikayət ünvanlayıb.

Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:

ŞİKAYƏT ƏRİZƏSİ

Mən Sadıqov Ayaz Rəşid oğlu 25 avqust 1983-cü ildə Goranboy rayonunda anadan olmuşam. Ali təhsilliyəm. Ailəliyəm 2 övladım var.2012-ci il yanvar ayının 13-dən 2016-cı il avqust ayınadək Goranboy Sukanal idarəsinin rəis müavini vəzifəsində işləmişəm. İşlədiyim dövr ərzində heç bir xəbərdarlıq belə almamışam. Daim idarənin rəisi Dilqəm Əvəzov məni vəzifəmə aid olmayan işlərə göndərirdi. İdarədə daim rəis Dilqəm Əvəzovun təzyiqi altında işləməyə məcbur idim.Çünki himayəmdə xəstə övladım var. May ayında Dilqəm Əvəzovun əlinə fürsət keçdi. Bütün İdarələr üçün rəis müavini ştat vahidləri ixtisar olundu və baş mühəndiş ştat vahidi ilə əvəz olundu.Mən Dilqəm Əvəzova dəfələrlə müraciət etdim. Hər dəfə o məni aldatdı. Elə bilirdi ki, mən ona nə isə pislik edəcəm. Çünki o qədər cinayət əməlləri var idi ki,o öz kölgəsindən belə qorxurdu. Prezident cənab İlham Əliyevin açılışını etdiyi Murovdağ- Goranboy magistiral su xəttini və şəhərdaxili yeni çəkilmiş su və kanalizasiya xətlərini şəxsi biznesinə çevirib.Əhali abonentlərinə pulsuz çəkilməli olan su və kanalizasiya xəttini 300-400 manata,qeyri əhali abonentlərinə isə dövlət rüsumu 305 manat olan halda 800 -1000 manat rüşvət qarşılığında xidmət göstərilir.Strateji obyekt olan Ballıqaya su anbarını istirahət zonasına çevirib adambaşı 4-5 manat alaraq əxlaqsızlıq yuvasına çevirib.İçməli suyu hektarı 20 manatdan əkin sahələrinə aylarca buraxdırır.

Mənim yuxarıda yazdıqlarımın istər foto istərsədə video görüntüləri mövcuddur.May ayında mən bildirdim ki, iqtisad məhkəməsinə gedəcəm və haqqımı tələb edəcəm.Bunu eşidən Dilqəm Əvəzov bir daha məni aldadıb dedi ki, səni texniki təhlükəsizlik üzrə mühəndis göndərirəm. Amma 3000 xərci var. Dedi get 1000 manat indi gətir, 2000manatı təsdiq olandan sonra gətirərsən. 1000 manata Göndəriş vərəqəsi alıb getdim Bakı şəhərinə imtahana. Birləşmiş Sukanal MMC-də imtahan vaxtı çatanda mənə dedilərki səni kim göndərib bura ? Dərhal mən Dilqəm Əvəzovun (050) 333-62-24 nömrəli telefonuna zəng etdim. Dedi səni imtahansız qəbul edəcəklər. Bir ay Dilqəm Əvəzovun yanında əməkhaqqısız işlədim. Daha sonra getdim yanınaki iş nə oldu? Cavabında minbir bəhanələr gətirdi. Daha sonra öz hüquqlarımı qorumaq üçün Dilqəm Əvəzovun səsini Telefonuma yazdırdım. Verdiyim 1000 manat pulu ondan tələb etdim. Lakin bu pulu ala bilmədim.2003 -cüb ildən YAP -ın fəal üzvüyəm. Prezidentimə, bayrağıma, torpağına bağlı bir insanam. Dəfələrlə Baş prakrorluğa müraciət etdim. Buradada Dilqəm Əvəzov bu orqanı aldatdı. İcra başçısının Dəfələrlə qəbulunda oldum.Qəbuldan çıxanda dedi pulu qaytaracam. Yekunda Cənab Prezidentim İlham Əliyevə müraciət etdim. Lakin korrupsioner məmur olan Dilqəm Əvəzovdan pulumu ala bilməmişəm ki, Xəstə övladımı müalicə etdirim.Sizdən artıq dərəcədə xahiş edirəm Mənimdə milliyətimi araşdırın o cümlədən Dilqəm Əvəzovunda. Görün kimin qanından Azərbaycanlı qanı axır.Onsuzda bütün Goranboy caamatı bilir. Xahiş edirəm mənim səsimi cənab Prezident İlham Əliyevə çatırasınız. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.

P.S. QARŞI TƏRƏFİN MÖVQEİNİ DƏRC ETMƏYƏ HAZIRIQ 

Bölmənin digər xəbərləri

21 Fevral 2018 “Alpinistlərin tapılmaması qeyri – peşəkarlıqdır”
19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
29 Yanvar 2018 Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi
28 Yanvar 2018 Azərbaycanda dərman reseptləri belə yazılacaq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.