Xəbər lenti

kelbeceee2.PNG
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər rayonundan olan 1500 məcburi köçkün ailəsi üçün Gəncə şəhərində salınmış yeni qəsəbədə abidə kompleksinin açılışı olub.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, şəhid ailələrinin üzvləri, müharibə veteranları, respublikanın müxtəlif bölgələrində məskunlaşan Kəlbəcər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Əvvəlcə Azərbaycanın suverenliyi uğrunda, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna dualar oxunub. Abidə kompleksi önünə əklil qoyulub.

 Bildirilib ki, Vətənin toxunulmazlığı və ərazi bütövlüyü uğrunda ən çox şəhid verən rayonlardan biri də Kəlbəcər olub. Mənfur düşmənin Dağlıq Qarabağa və ətrafdakı rayonlara hücumu zamanı 257 nəfəri mülki, 223 nəfəri isə hərbçi olmaqla, ümumilikdə 481 nəfər kəlbəcərli şəhid olub. Həmin şəhidlərdən 2–si - Sərdar Səfərov və Şahlar Şükürov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, Kəlbəcər Şəhidlərinin Abidə Kompleksi rayon icra hakimiyyətinin təşəbbüsü ilə yaradılıb. Kompleksin ümumi ərazisi 0,26 hektardır. Qırmızı mərmərdən hazırlanan kompleksin mərkəzi hissəsi oval tağ formasındadır. Kompleksin sağ və sol divarlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Kəlbəcər şəhidlərinin adları və soyadları, həmçinin Azərbaycanın milli qəhrəmanları Sərdar Səfərov və Şahlar Şükürovun qara mərmər üzərində şəkilləri həkk olunub. Kompleksin qarşısında iki fəvvarə qurulub, yaşıllıq salınıb, ətraf ərazidə abadlıq işləri görülüb.
kelbecer211.PNG
kelllbbbf.PNG
kelbeccce45.PNG
kelbecer856.PNG
kelbecerfy564.PNG

Bölmənin digər xəbərləri

22 Fevral 2018 Sərnişin və yük daşıyanların nəzərinə: Yeni qaydalar müəyyənləşir
21 Fevral 2018 “Alpinistlərin tapılmaması qeyri – peşəkarlıqdır”
19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
01 Fevral 2018 Sukanal idarəsinin keçmiş rəis müavini idarənin talançılığından yazdı -ŞİKAYƏT
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.