Xəbər lenti

goycayyddd.jpgGöyçay rayonunda sahibkarlıqla məşğul olan Mayılova Minayə Seyidağa qızı FHN-nin əməkdaşının onun 12.000 manat məhsulunu satıb pulunu vermədiyi üçün Sozcu.az saytı vasitəsi ilə 1-vitze-prezident Mehriban Əliyevaya və FHN -i Kəmaləddin Heydərova müraciət edib:

Göyçay rayonu Natəvan küçəsi ev 7 A mənzil 44 sakini sahibkar Mayılova Minayə Seyidağa qızı tərəfindən

MÜRACİƏT

Mən uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vaxtlı-vaxtında dövlətə vergi ödəyirəm.Fəaliyytimdə heç bir nöqsan olmayıb.Ancaq bəzi vəzifə səlahiyyətlərindən sui-istifadə edib saxtakarlıqla məşğul olan vəzifəli şəxslər var ki, onların saxtakarlığına görə sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşam.Belə ki, Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlunun əli ilə mənim 12000 manatlıq məhsulumu satıb mənimsəmişdilər.Bu pul mənim sahibkarlıq fəaliyyətimin dayandırmağa məcbur edib.Mən cücə inkubatoru işlədirdim. Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlu məndən müqavilə əsasında 12000 manatlıq cücə götürüb Zaqatala, Qax, Baləkən və İsmayıllı rayonlarında satmışdır.

Göyçay Yanğından Mühafizə Xidmətinin əməkdaşı İlqar Qurbanov indi pulumu vermək istəmir.Səbəb kimi göstərir ki, həmin pulun çox hissəsini iş günləri növbəyə çıxmayıb, rayonlarda cücə satmaq üçün rəisimiz Müşfiq Məmmədova vermişəm.Buna görə də pulum yoxdur siz pulu Müşfiq Məmmədovdan istəyin.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət edib xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənim halal 12000 manat pulumu mənimsəmiş Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun və onun işçisi Qurbanov İlqar Afad oğlunun barəsində ciddi tədbirlər görəsiniz.

Bölmənin digər xəbərləri

21 Yanvar 2018 Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTOLAR
19 Yanvar 2018 Qaçırılan müəlliməyə Komitə sədri iş verdi
17 Yanvar 2018 Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq- Bu ildən
16 Yanvar 2018 Köçkünlər Bakıda yolu kəsdi
16 Yanvar 2018 Orfoqrafiya Komissiyası:“Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb
15 Yanvar 2018 Vəkillər Kollegiyası iclas keçirdi - YENİ QƏRARLAR
14 Yanvar 2018 İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət
14 Yanvar 2018 "Azərişıq" Qazaxda saxta cərimələr yazır -ŞİKAYƏT
12 Yanvar 2018 “Facebook”dan yenilik-Xəbər lentində kimlərin paylaşımı görünəcək?
12 Yanvar 2018 Bu şəxslərin maaşı artırıldı
11 Yanvar 2018 Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı – Siyahı
11 Yanvar 2018 Ziya Məmmədovun bacısına yeni vəzifə verildi
11 Yanvar 2018 İlham Əliyev:"Bu il ən azı 20 min məcburi köçkün yeni evlərə köçürülməlidir” - YENİLƏNİB
10 Yanvar 2018 Magistral yollara radar və kameralar yerləşdirilir - Video
09 Yanvar 2018 Təhsil Nazirliyində yeni rəhbər seçildi
07 Yanvar 2018 "Gündəm Xəbər"in çapına da “əl qoydular”
07 Yanvar 2018 Obyektlərdə siqaret çəkilməməsinə hansı qurum nəzarət etməlidir? –Vəkil
07 Yanvar 2018 Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi –SİYAHI
06 Yanvar 2018 “Azəriqaz”ın korrupsiya çirkabına bulaşmış idarələrinin “qazlama” əməliyyatı - AĞSTAFADA
05 Yanvar 2018 "Gündəm Xəbər" oxucularının nəzərinə!
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.