Xəbər lenti

gundemxeber.jpgSon günlər ölkə mediasının gündəmini zəbt edən mövzulardan biri də, çap mediası ilə bağlı əmələ gələn problemlərin varlığıdır.

Düzdür, son illərin ümumi mənzərəsinə diqqət yetirsək o halda hər kəsə bəlli olacaq ki, bizim ölkəmizdə də elektron media çap mediasını çoxdan üstələyib. Bəli, bunun nə qədər əhəmiyyətli olub-olmaması haqda bir söz deyə bilməsək də, deyəcəyimiz söz yalnız reallıqda olanlardır. Bütün bunlar qalsın bir yana. Hər kəsə gün təki aydındır ki, bu günə kimi çap mediasını yaşadan mətbu orqanlardan biri də “Gündəm Xəbər” qəzeti olub. Amma, son günlər özəl mətbələrdə əmələ gələn kütləvi kağız qıtlığı, məhz bu qəzetin də tarixin arxivinə qovuşmasına yollar açmaq üzrədir. Müxtəlif mənbələrdən redaksiyamıza daxil olan səhih məlumatlara görə, kağız qıtlığı ilə bağlı problemlərin əmələ gəlməsində maraqlı tərəf, məhz hakimiyyətin yüksək pilləsində əyləşən vəzifə sahibinin oynadığı rolun varlığıdır. Hər kəsə təəccüb gələn hal odur ki, müstəqil mətbu orqanların çoxu, o cümlədən “Gündəm Xəbər” qəzetinin də belə bir təhlükə ilə üz-üzə qalmasına baxmayaraq, iqtidaryönümlü mətbu nəşrlərlərin bu gün belə bir çətinliklərlə üz-üzə qalmasından söhbət belə gedə bilməz. Deməli, belə bir məsələlərdə hansısa “əmmalar” var ki, müstəqil mətbu orqanlar bu cür “acı tale”ni yaşamaqdadırlar.

Bundan əlavə, çoxsaylı oxucularımızın diqqətinə onu da çatdırmaq istəyirik ki, bir neçə gün bundan öncə, daha dəqiq desək 30 dekabr 2017-ci il tarixdə qəzetimizin eyni adlı gundemxeber.az saytına yüksək çinli vəzifə sahibi tərəfindən basqı edilir və saytımız bloklandığından ona giriş ölkədaxili məhdudlaşdırıldı. Əmələ gələn problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Ramin Quluzadəyə rəsmi müraciət etsək də, hələlik ortada hər hansı nəticə yoxdur. Belə bir səbəb üzündən də, yenidən “org” variantını seçməyə məcbur olduq. Yəni, bundan sonra gundemxeber.org yazmaqla bizi izləyə biləcəksiniz. Bəli, belə bir addımın atılmasını biz müstəqil mediaya basqı hesab edirik və bu yöndə haqlı mübarizəmizi davam etdirməkdə israrlıyıq. Artıq üz-üzə qaldığımız problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşırıq. Yəqin ki, cənab Prezident problemin mahiyyətinin araşdırılması üçün, bəzi vəzifə sahiblərinə müvafiq tapşırıqlarını verəcək.

Dəyərli oxucular! Diqqətinizə onu da çatdıraq ki, “Gündəm Xəbər” qəzeti kağız qıtlığı ilə üz-üzə qaldığından hələlik 08-15 yanvar 2018-ci il tarixdə satışda olmayacaq. Buna baxmayaraq, bizi hər zaman gundemxeber.org və facebook-da izləyə bilərsiniz.
“Gündəm Xəbər”

Bölmənin digər xəbərləri

21 Yanvar 2018 Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTOLAR
19 Yanvar 2018 Qaçırılan müəlliməyə Komitə sədri iş verdi
17 Yanvar 2018 Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq- Bu ildən
16 Yanvar 2018 Köçkünlər Bakıda yolu kəsdi
16 Yanvar 2018 Orfoqrafiya Komissiyası:“Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb
15 Yanvar 2018 Vəkillər Kollegiyası iclas keçirdi - YENİ QƏRARLAR
14 Yanvar 2018 İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət
14 Yanvar 2018 "Azərişıq" Qazaxda saxta cərimələr yazır -ŞİKAYƏT
12 Yanvar 2018 “Facebook”dan yenilik-Xəbər lentində kimlərin paylaşımı görünəcək?
12 Yanvar 2018 Bu şəxslərin maaşı artırıldı
11 Yanvar 2018 Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı – Siyahı
11 Yanvar 2018 Ziya Məmmədovun bacısına yeni vəzifə verildi
11 Yanvar 2018 İlham Əliyev:"Bu il ən azı 20 min məcburi köçkün yeni evlərə köçürülməlidir” - YENİLƏNİB
10 Yanvar 2018 Magistral yollara radar və kameralar yerləşdirilir - Video
10 Yanvar 2018 Göyçayda FHN-nin əməkdaşı iş adamının pulunu vermir- NAZİRƏ ŞİKAYƏT
09 Yanvar 2018 Təhsil Nazirliyində yeni rəhbər seçildi
07 Yanvar 2018 Obyektlərdə siqaret çəkilməməsinə hansı qurum nəzarət etməlidir? –Vəkil
07 Yanvar 2018 Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi –SİYAHI
06 Yanvar 2018 “Azəriqaz”ın korrupsiya çirkabına bulaşmış idarələrinin “qazlama” əməliyyatı - AĞSTAFADA
05 Yanvar 2018 "Gündəm Xəbər" oxucularının nəzərinə!
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.