Xəbər lenti

siqaretqadaga.jpg
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqindən sonra qapalı məkanlarda, səhiyyə, elm və təhsil müəssisələrində, iaşə obyektlərində siqaret çəkmək qadağandır.

 Qanunun tətbiqi ilə bağlı hüquqşunas Xəyal Bəşirov Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, qanun beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmalar üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi-minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və qanunda göstərilən digər yerlərə də aiddir:

“Bir məsələ var ki, bu cür qanunlar qəbul olunanda ona dövlət nəzarətini həyata keçirən orqan müəyyənləşdirilir. Amma qanunun tətbiqi ilə bağlı imzalanan fərmanda prezident Nazirlər Kabinetinə tapşırıb ki, bu fəaliyyətlə bağlı dövlət nəzarətini həyata keçirən orqanla bağlı təkliflər iona təqdim etsinlər. Bu o deməkdir ki, hələ hansı dövlət orqanının buna nəzarət edəcəyi müəyyənləşməyib”.

Vəkilin sözlərinə görə, qanunla bütün qurumlara, müəsissələrə, idarə və təşkilatlara tapşılrılır ki, siqaret çəkmək üçün xüsusi yerlər ayırsınlar və görünən yerlərdə “siqaret çəkmək qadağandır” nişanlarını vursunlar. Əgər həmin yerləri ayrılmasalar və ya nişanları vurmalar vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə olunur: “Hazırda hər hansı dövlət qurumu ona aid olan yerlərdə qanunu pozanları özü cərimə edəcək. Tutalım, səhiyyə ocaqlarına Səhiyyə Nazirliyi nəzarət edir. Amma gələcəkdə cavabdeh qurum müəyyənləşdirildikdən sonra nəzarət onun ixtiyarında olacaq. Yəqin ki, bu, qısa vaxtda müəyyənləşəcək.

Çünki qanuna nəzarət edən konkret bir qurum olmalıdır ki, onun əməkdaşları mütəmadi baxış keçirib, reydlər aparsın. Reydlər nəticəsində də bilsinlər ki, həqiqətən də qanunun tələblərinə riayət olunur, yoxsa yox”.
Sozcu.az

 

Bölmənin digər xəbərləri

21 Yanvar 2018 Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTOLAR
19 Yanvar 2018 Qaçırılan müəlliməyə Komitə sədri iş verdi
17 Yanvar 2018 Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq- Bu ildən
16 Yanvar 2018 Köçkünlər Bakıda yolu kəsdi
16 Yanvar 2018 Orfoqrafiya Komissiyası:“Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb
15 Yanvar 2018 Vəkillər Kollegiyası iclas keçirdi - YENİ QƏRARLAR
14 Yanvar 2018 İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət
14 Yanvar 2018 "Azərişıq" Qazaxda saxta cərimələr yazır -ŞİKAYƏT
12 Yanvar 2018 “Facebook”dan yenilik-Xəbər lentində kimlərin paylaşımı görünəcək?
12 Yanvar 2018 Bu şəxslərin maaşı artırıldı
11 Yanvar 2018 Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı – Siyahı
11 Yanvar 2018 Ziya Məmmədovun bacısına yeni vəzifə verildi
11 Yanvar 2018 İlham Əliyev:"Bu il ən azı 20 min məcburi köçkün yeni evlərə köçürülməlidir” - YENİLƏNİB
10 Yanvar 2018 Magistral yollara radar və kameralar yerləşdirilir - Video
10 Yanvar 2018 Göyçayda FHN-nin əməkdaşı iş adamının pulunu vermir- NAZİRƏ ŞİKAYƏT
09 Yanvar 2018 Təhsil Nazirliyində yeni rəhbər seçildi
07 Yanvar 2018 "Gündəm Xəbər"in çapına da “əl qoydular”
07 Yanvar 2018 Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi –SİYAHI
06 Yanvar 2018 “Azəriqaz”ın korrupsiya çirkabına bulaşmış idarələrinin “qazlama” əməliyyatı - AĞSTAFADA
05 Yanvar 2018 "Gündəm Xəbər" oxucularının nəzərinə!
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.