Xəbər lenti

mtrs.jpg
Dekabrın 28-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Bu haqda MTRŞ-nin açıqlamasında deyilir.

İclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Adı çəkilən lisenziyanı ala bilmək üçün bu il noyabrın 16-dan dekabrın 16-na kimi davam etmiş müsabiqəyə “Türkel TV” MMC ilə yanaşı, “BAKU ART LAB” MMC, “MEDİA MASTER” MMC də qatılıblar.

MTRŞ-nin açıqlamasına görə, başqa iddiaçılarla müqayisədə “Türkel TV”nin daha üstün yaradıcılıq imkanları, daha münasib maddi-texniki bazası və peşəkar kadr potensialı olduğu üçün qalib elan edilib.

İclasda həmçinin 2018-ci il yanvarın 1-dən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.

Xatırladaq ki, ölkədə bütünlükdə 20-yə yaxın ümuymrespublika və regional telekanallar fəaliyyət göstərir və 2016-cı ildən isə bütünlüklə telekanallar rəqəmsal yayıma keçiblər(“Turan”).

Bölmənin digər xəbərləri

21 Yanvar 2018 Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTOLAR
19 Yanvar 2018 Qaçırılan müəlliməyə Komitə sədri iş verdi
17 Yanvar 2018 Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq- Bu ildən
16 Yanvar 2018 Köçkünlər Bakıda yolu kəsdi
16 Yanvar 2018 Orfoqrafiya Komissiyası:“Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb
15 Yanvar 2018 Vəkillər Kollegiyası iclas keçirdi - YENİ QƏRARLAR
14 Yanvar 2018 İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət
14 Yanvar 2018 "Azərişıq" Qazaxda saxta cərimələr yazır -ŞİKAYƏT
12 Yanvar 2018 “Facebook”dan yenilik-Xəbər lentində kimlərin paylaşımı görünəcək?
12 Yanvar 2018 Bu şəxslərin maaşı artırıldı
11 Yanvar 2018 Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı – Siyahı
11 Yanvar 2018 Ziya Məmmədovun bacısına yeni vəzifə verildi
11 Yanvar 2018 İlham Əliyev:"Bu il ən azı 20 min məcburi köçkün yeni evlərə köçürülməlidir” - YENİLƏNİB
10 Yanvar 2018 Magistral yollara radar və kameralar yerləşdirilir - Video
10 Yanvar 2018 Göyçayda FHN-nin əməkdaşı iş adamının pulunu vermir- NAZİRƏ ŞİKAYƏT
09 Yanvar 2018 Təhsil Nazirliyində yeni rəhbər seçildi
07 Yanvar 2018 "Gündəm Xəbər"in çapına da “əl qoydular”
07 Yanvar 2018 Obyektlərdə siqaret çəkilməməsinə hansı qurum nəzarət etməlidir? –Vəkil
07 Yanvar 2018 Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi –SİYAHI
06 Yanvar 2018 “Azəriqaz”ın korrupsiya çirkabına bulaşmış idarələrinin “qazlama” əməliyyatı - AĞSTAFADA
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.