Xəbər lenti

evvv22.jpg

Taleh Şahsuvarlı: "Əgər onlarla yarışa sponsorluq edən Azərbaycanın 23 ailəni təmin etməyə gücü yoxdursa, o zaman Qızıl Xaç-a səslənirəm: O ailələrə təcili çadır və zəruri olan ləvazimatlar aparın". 

Xətai rayonunda 23 ailəni yaşadıqları binadan küçəyə atmaq üçün hazırlıq gedir.

Sozcu.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Taleh Şahsuvarlı özünün "facebook" səhifəsində yazaraq mətbuat nümayəndələrinin hadisəyə münasibət bildirməsini xahiş edib.

"Dostlar, Xətai rayonu, Gəncə prospektindəki qəzalı binanın ətrafında yaranmış vəziyyət son dərəcə gərgindir. Bu məsələ 10 ildən çoxdur ki, medianın dqqətindədir. Bina hər an uça bilər. Məcburi köçkünlərə ev verilməsindən sonra qeyri-məcburi köçkün bölgələrindən olan və başqa heç bir yerdə əmlakı olmayan 23 ailəni qışın bu oğlan çağında küçəyə tökmək üçün hazırlıq gedir. Bu məsələ ilə bağlı həmin sakinlər dəfələrlə Xətai rayon icra hakimiyyətinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Prezident Administrasiyasına məlumat veriblər. Yəni heç bir qurum "vəziyyətdən xəbərim yox idi" deyə bilməz. Fakt odur ki, Mehriban xanım Əliyevanın tapşırığına rəğmən məmurlar öz vəzifəsini yerinə yetirməyib. Bu gün isə gəliblər ki, qalın küçədə!!! Yüzlərlə uşaq sabah məktəbə getməyə, bu soyuq havada küçədə qala bilər. Əgər onlarla yarışa sponsorluq edən Azərbaycanın 23 ailəni təmin etməyə gücü yoxdursa, o zaman Qızıl Xaç-a səslənirəm: O ailələrə təcili çadır və zəruri olan ləvazimatlar aparın. Azərbaycan tarixinin ən böyük sosial rüsvayçılığı ilə üz-üzədir. Bu, vətəndaşlarımız adına tam bir insanlıq, hökumət adına idarəçilik rüsvayçılığıdır!!!"
evvv22.jpg
evvveeee.jpg

Bölmənin digər xəbərləri

19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
01 Fevral 2018 Sukanal idarəsinin keçmiş rəis müavini idarənin talançılığından yazdı -ŞİKAYƏT
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
29 Yanvar 2018 Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi
28 Yanvar 2018 Azərbaycanda dərman reseptləri belə yazılacaq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.