Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_ekremhesenov.jpgƏkrəm Həsənov, hüquqşünas, bank üzrə ekspert 

(Tanınmış hüquqşünaslarımız belə hüququn əlifbasını bilmir!)

Hüququn qədim prinsipi var: “Pacta sunt servanda”, yəni “Öhdəliklər vicdanla yerinə yetirilməlidir”. Loru dildə desək, söz verdinsə, müqavilə bağladınsa, əməl et! İlk baxışdan sadə məsələdir. Amma hüquqda elə də sadə deyil. Hüquq elminə və qanunvericiliyə görə yalnız etibarlı əqd, müqavilə icra olunmalıdır. Bunu çoxları bilmir. O cümlədən hüquqşünaslar da!

Dünən şahidi oldum ki, ölkədə tanınmış hüquqşünas hesab edilən, hüquqdan başqa nədən desən danışan keçmiş vəkillərdən biri insanlara təlqin etməyə çalışır ki, bağlanan hər hansı müqavilə icra olunmalıdır. Faciəmiz də budur ki, cəmiyyətimiz hüququn əsaslarını belə bilməyən, amma bütün günü insan haqlarından barbar bağıran hüquqşünasların əlində qalıb.

Məsələn, vətəndaş bankla, sığorta şirkəti ilə, mağaza ilə və s. müqavilə bağlayır. Təbii, müqaviləni ona hazır vəziyyətdə imzalamağa təqdim edirlər. Dünyanın heç bir ölkəsində belə müqavilələr müştəri tərəfindən oxunmur, amma imzalanır (hamı onları oxumağa başlasa, ticarət ləng gedər). Çünki bu halda müqavilə standart şərtlər əsasında bağlanmış hesab olunur. Bizim Mülki Məcəllənin 417-420-ci maddələrində də bu məsələ təsbit edilib (onları hər kəsə oxumağı tövsiyə edirəm). Həmin maddələrə görə bu halda müştəriyə vicdansızcasına və onun əleyhinə olan müddəalara imza etdiriblərsə, həmin müddəalar etibarsızdır və icra olunmalı deyil.
Buna görə də “Müqaviləni imzalamısan, icra et!” deyənləri yerində otuzdurun! Təbii, əgər imzaladığınız müqavilədə vicdansız müddəalar varsa. Sizə bu sözü deyənin kimliyinə də baxmayın. Lap tanınmış hüquqşünas olsa belə. Çünki həmin tanınmışlar hətta daim dəstək verdikləri Konstitusiya Məhkəməsinin qərarları ilə belə də tanış deyillər. Belə ki, həmin Məhkəmənin 2 qərarında qeyd olunur: “müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır”.

Odur ki, haqlarınızı bilin və tələb edin! Bu halda vəkilsiz də məhkəmədə özünüzü müdafiə edə biləcəksiz!

Sozcu.az

Bölmənin digər xəbərləri

14 Dekabr 2017 Göyçayın prokuroru cinayət törədən şəxsləri müdafiə edir? - ŞİKAYƏT
09 Dekabr 2017 Dövlət başçısının icra başçılarına verdiyi vaxt başa çatır
06 Dekabr 2017 Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən edib –SİYAHI
06 Dekabr 2017 Xətai rayonunda 23 ailəni küçəyə atmağa hazırlıq gedir
05 Dekabr 2017 Unun tərkibinə dəmir qatılacaq
05 Dekabr 2017 Pensiyalar neçə faiz artacaq? –İqtisadçıdan detallı şərh
05 Dekabr 2017 Əlilliyin müəyyən edilməsinə göndərişlərin verilməsi qaydası
05 Dekabr 2017 Trampın təriflədiyi Reyhanın şok ixtirası: Hətta insanlar belə...
03 Dekabr 2017 Musayeva bacılarına Azərbaycanda iş təklif edilsə Elşad Musayev buna yox deməyəcək
03 Dekabr 2017 "Prezident Administrasiyasında işləyən maraqlı şəxslər müraciətimizi gizlədirlər" - SAHİBKAR
01 Dekabr 2017 Siqaret qadağaları gəldi - Milli Məclisin qərarı
01 Dekabr 2017 Metroda gediş haqları artırılacaq
01 Dekabr 2017 "Qeyri-rəsmi məşğulluq insanları pensiya almaq hüququndan məhrum edir" - Əli Əhmədov
27 Noyabr 2017 “KİV haqqında” qanun dəyişdirilir
27 Noyabr 2017 Hökümətdən ev alan jurnalistləri mənzillərinə köçməyə niyə qoymurlar?
26 Noyabr 2017 Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq
21 Noyabr 2017 Daun sindromlu Zəhraya yardım edək - FOTOLAR
20 Noyabr 2017 “Kristal Abşeron”da su pulunu 2 dəfə qaldırdılar
18 Noyabr 2017 Aprel döyüşcüsü Qazaxlı məmurun əlindən qan ağlayır
16 Noyabr 2017 Hacı Əbdül 77 yaşında ata oldu
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.