Xəbər lenti

kristall.jpg
"Kristal Abşeron"ın binasında yaşayan sakinlər hüquqlarının pozulmasından, kommunal xidmət haqlarının artırılmasından şikayətçidir.

Sozcu.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya müraciət edən sakinlər qeyd edib ki, onlarla bağlanılan müqavilə şərtlərinə əməl edilmir: "Məlum olduğu kimi, ötən il Tarif Şurası təbii qazın qiymətinin artırılması ilə bağlı qərar qəbul etmişdi. "Kristal Abşeron" sakinləri bundan çox əziyyət çəkib. Çünki MTK özəl müəssisədi və qiymətlər qeyri-əhali kateqoriyası üzrə hesablanır.

Tarif Şurasının qərarından sonra MTK istilik sistemi üçün qiymətləri 40 qəpikdən 70 qəpiyə qaldırıb. Bu isə "çatdıra bilmirik, ziyan edirik" bəhanəsi ilə qiyməti 70 qəpikdən 80 qəpiyə qaldırıblar.
İndi "Kristal Abşeron"da 50 kv metr evi olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. Tarif Şurasının qərarından sonra isti suyun kubmetrini 2 manat 30 qəpiyə qaldıran MTK bu il qiyməti kəskin şəkildə artırıb. İndi isti suyun kubmetri sakinlərə 3 manat 50 qəpiyə verilir. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, "Kristal Abşeron" isə onu qızdıraraq sakinlərə 7 dəfə baha qiymətə təqdim edir.

MTK rəhbərliyi qarşımıza iki şərt qoyur. "Ya kommunal xərcləri bu qiymətlərlə ödəyin, ya da özünüzə kombi sistemi çəkdirin. Onsuz da gələn ildən qazanxana bağlanacaq və istilik kəsiləcək. Məcburi şəkildə kombi sisteminə keçməlisiniz".

Qazanxana sistemi sakinlərin ödədiyi vəsait hesabına tikilib. Gələn ildən isə MTK onu ləğv etməyi planlaşdırır. Üstəlik müqavilədə qiymətlər 70 qəpik (istilik) və 2.3 manat (isti su) olaraq göstərilib. MTK isə sakinlərdən komunnal xərcləri 80 qəpik və 3.5 manat səviyyəsində alır. Bu isə müqavilə şərtlərinin kəskin şəkildə pozulması deməkdir”.

"Qafqazinfo” sözügedən şikayətlə bağlı şirkətə sorğu bir müddətdir ki sorğu göndərsə də onlar tərəfindən məsələyə münasibət bildirilməyib.

Bölmənin digər xəbərləri

19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
01 Fevral 2018 Sukanal idarəsinin keçmiş rəis müavini idarənin talançılığından yazdı -ŞİKAYƏT
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
29 Yanvar 2018 Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi
28 Yanvar 2018 Azərbaycanda dərman reseptləri belə yazılacaq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.