Xəbər lenti

haciebdul.jpg
Hazırda “İmam Hüseyn” məscidi təmirdədir. 3 ay olar ki, fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Amma insanları həmişə tövbəyə çağırmışam. İstər siyasətçilər, istərsə də müğənnilər istədikləri vaxt tövbə edə bilərlər. Tövbə etmək gec deyil”.

 Sozcu.az xəbər verir ki,bu sözləri Modern.az saytına açıqlamasında “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov deyib.

Hacı Əbdül tövbə üçün müraciət edən kişilərdən fərqli olaraq, qadınların şallaqlanmadığını vurğulayıb.“İndiyə kimi heç bir qadına şallaq vurmamışam. Ona görə yox ki, onlar şallağa layiq deyillər, yaxud da cəzalanmamalıdırlar. Biz o kəsləri şallaqlayırıq ki, tövbə edir, sonra gedib tövbəsini pozurlar. Amma qadınlar gəlib tövbə edəndən sonra günah işlətməyib. Qadınların tövbə etdiyini görmüşəm, amma tövbəni pozduqlarının şahidi olmamışam”.

Hacı Əbdül son vaxtlar onun yanına tövbə etməyə gələnlərin olmadığı barədə yayılan xəbərə belə reaksiya verib:“Bu, Hacı Əbdülün “Tövbə” cəmiyyəti deyil, bu, Allahın “Tövbə” cəmiyyətidir. Hər kəs tövbə edə bilər. İnsanlar bunu dərk etməlidirlər. Bizə çox insanlar tövbə etmək üçün müraciət edir. Kim inanmırsa, bu, onun öz işidir”.

Söhbət əsnasında Hacı Əbdül daha bir maraqlı xəbər verib. Məlum olub ki, bir neçə gün öncə növbəti dəfə ata olub. 77 yaşlı Hacı Əbdülün ikinci həyat yoldaşından daha bir oğlu doğulub:

“Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”.

Xatırladaq ki, hazırda 77 yaşı olan Hacı Əbdül Əbdülovun birici həyat yoldaşından Məhəmməd adlı bir oğlu var.

2010-cu ildə ikinci xanımından daha bir oğlu doğulub və ona öz adını verib –Əbdül.

2016-cı ildə Hacı Əbdül 29-cu dəfə müqəddəs Həcc ziyarətinə gedərkən 6 yaşlı oğlu Əbdülü də özü ilə aparmışdı.

İndi doğulan uşağa da eyni adın qoyulması nəticəsində bir ailədə 3 Əbdül olub – biri ata, 2-si oğul.

Bölmənin digər xəbərləri

14 Dekabr 2017 Göyçayın prokuroru cinayət törədən şəxsləri müdafiə edir? - ŞİKAYƏT
09 Dekabr 2017 Dövlət başçısının icra başçılarına verdiyi vaxt başa çatır
06 Dekabr 2017 Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən edib –SİYAHI
06 Dekabr 2017 Xətai rayonunda 23 ailəni küçəyə atmağa hazırlıq gedir
05 Dekabr 2017 Unun tərkibinə dəmir qatılacaq
05 Dekabr 2017 Pensiyalar neçə faiz artacaq? –İqtisadçıdan detallı şərh
05 Dekabr 2017 Əlilliyin müəyyən edilməsinə göndərişlərin verilməsi qaydası
05 Dekabr 2017 Trampın təriflədiyi Reyhanın şok ixtirası: Hətta insanlar belə...
03 Dekabr 2017 Musayeva bacılarına Azərbaycanda iş təklif edilsə Elşad Musayev buna yox deməyəcək
03 Dekabr 2017 "Prezident Administrasiyasında işləyən maraqlı şəxslər müraciətimizi gizlədirlər" - SAHİBKAR
01 Dekabr 2017 Siqaret qadağaları gəldi - Milli Məclisin qərarı
01 Dekabr 2017 Metroda gediş haqları artırılacaq
01 Dekabr 2017 "Qeyri-rəsmi məşğulluq insanları pensiya almaq hüququndan məhrum edir" - Əli Əhmədov
27 Noyabr 2017 “KİV haqqında” qanun dəyişdirilir
27 Noyabr 2017 Hökümətdən ev alan jurnalistləri mənzillərinə köçməyə niyə qoymurlar?
26 Noyabr 2017 Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq
23 Noyabr 2017 MÜQAVİLƏ MÜTLƏQ İCRA OLUNMALIDIRMI? - EKSPERT RƏYİ
21 Noyabr 2017 Daun sindromlu Zəhraya yardım edək - FOTOLAR
20 Noyabr 2017 “Kristal Abşeron”da su pulunu 2 dəfə qaldırdılar
18 Noyabr 2017 Aprel döyüşcüsü Qazaxlı məmurun əlindən qan ağlayır
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.