Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_zehra.jpgDünyada təkrar olunmaz xoş duyğulardan biridir övlad sahibi olmaq. Hələ övladının olacağını gözləyə-gözləyə onu bağrınıza basacağınızı səbrsizliklə gözləmək. Onun böyüyəcəyini, bağçaya, məktəbə gedəcəyini, tələbə olacağını xəyal etmək... Və övladınınız doğulur... sevinirsiz, dünya sizin olur. Lakin, körpələrinin xəstə və ya qüsurlu doğulduğunu bilən valideynlərin sevinclərinə kədər də qatılır. Bundan sonra xəstəliklə fiziki, mənəvi və emosional cəhətdən çox üzücü olan mübarizə başlayır.Üstəlik buna maddi sıxıntıları əlavə etsək bu valideynlərin halını təsəvvür etmək çətin deyil.

Saytımız belə ailələrdən  biri ilə tanış olub,onların problemlərini ictimailəşdirmək qərarına gəldi.Belə ki, Zəhra Füzuli qızı Burcəliyeva 2012-ci ildə anadan olub. Uşaq doğulduqdan sonra onun Daun sindromlu olduğu məlum olub.Bundan sonra onsuzda ağır maddi durumda olan ailənin mənəvi və maddi cəhətdən daha ağır günləri başlayıb. Bu sindrom ilə doğulan insanların yaşamaları üçün daimi müalicə altında olmalıdırlar. Bundan əlavə onların cəmiyyətə inteqrasiya olunması üçün reabilitasiya mərkəzlərində olmaları vacibdir.

Ağsu şəhərində yaşayan Zəhranın anası 2-ci qrup əlil Mahizər Burcəliyeva yaşadıqları çətinlik haqda məlumat verib.Bu haqda danışan M.Burcəliyeva deyir ki,”Zəhra Daun sindromu ilə doğulduqdan sonra qızım həmişə müalicə altında oldu.Çox çətinlik çəkirdik.Həyat yoldaşımla mən 2-ci qrup əlilik. Zəhradan başqa bir qız övladımız da var. Aldığımız pensiya ilə güclə dolanırdıq. Zəhra doğulduqdan sonra mütamadi olaraq həkim nəzarətində oldu. Daun sindromlu olduğu üçün biz onu məcburən Bakıya aparmalı olurduq. Biz nəinki onun müalicə xərclərini hətta Bakıya aparmaq üçün yol pulunu güclə tapırdıq. Biz bir müddət keçdikdən sonra onu Bakıda "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi"-nə aparmalı olduq". Burdakı şəraitdən razılıq edən M.Burcəliyeva deyir ki,”Reabilitasiya Mərkəzində uşaqlara qayğı,diqqət çox yaxşı olur. Zəhra1 il həmin mərkəzə gedib, xeyirin görmüşük. İlin demək olar ki, 10 ayı həmin mərkəz fəaliyyət göstərir. Lakin biz rayonda yaşayrıq deyə artıq övladımızı reabilitasiya mərkəzinə aparmağımız mümkünsüz olur. Bizim övladımızı evin bir küncündə oturub qalan bir insan kimi görmək qəlbimizi parçalayar. İstəyirik ki, Zəhra reabiltasiya mərkəzində heç olmasa minimum vərdişlərə yiyələnsin, özünü idarə edə bilsin. Bundan əlavə qızımın yaşaması üçün həkim nəzarətində olması və müalicə olması vacibdir. Lakin biz rayonda yaşadığımız üçün Bakıda qalmağa yerimiz yoxdu. Qohum-tanış sağ olsun, bizə köməklik edirlər, həm müalicə xərclərinə yardım edirlər, həm də onlarda qalırıq. Amma onların da maddi imkanları məhduddur, ən vacibi də budur ki,  xəstə uşaqla qohum-tanışda qalıb onları narahat etmək də olmur. Bizim də imkanımız yoxdur ki, Bakıda kirayə ev tutub qalaq. Özüm də xəstəyəm, ömürlük müalicə altında olmalıyam. Amma daha özümü yaddan çıxarmışam, bütün fikrim Zəhramın yaşamasıdır. Üzümü xalqımın nəcib,qeyrətli insanlarına tuturam: Xahiş edirəm ki,bizə kömək edin.Kömək edin ki, övladımı müalicə etdirə bilək, kömək edin ki, Bakıda kirayə ev tutub körpə balamı yaşadaq.”

   Biz, Sozcu.az saytı olaraq bu ailənin ağır maddi durumuna şahid olduq. Zəhranın bütün müalicə sənədlərinə, reseptlərini öz gözlərimizlə gördük. Zəhraya köməklik üçün xüsusi bank hesabı da açılıb. Bu hesab yığılan məbləğlə Zəhranın müalicə və Bakıda qalmaq üçün kirayə ev tutulması nəzərdə tutulub. Bütün bunlar Zəhranın yaşaması üçün edilir.

Hesab:”Kapital Bank”Ağsu filialı (Hesab Zəhranın bibisi İlhamə Burcalıyevanın adına açılıb)

Kart hesabı:38810944004777855154

"Milli ön"ilə hesab artırma kodu:
4169 7413 9429 4563

Telefon:(070)-324-14-69
              (055)-769-28-65
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_zehra2.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_zehra_3.jpg
zehrasened.jpg

Bölmənin digər xəbərləri

21 Fevral 2018 “Alpinistlərin tapılmaması qeyri – peşəkarlıqdır”
19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
01 Fevral 2018 Sukanal idarəsinin keçmiş rəis müavini idarənin talançılığından yazdı -ŞİKAYƏT
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
29 Yanvar 2018 Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.